adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyul 2019 11:43
13874
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: ÖZÜMDƏN ÖZÜMƏ ....

Yenə çırpır üzümə
Günlər öz həsrətini...
Yükləyir gözlərimə
Təkliyin bəsrətini...

Sıxılan ürəyimi
Asmağa yer tapmıram...
Kündələdiyim dərdi -
Göz önünə yapmıram...

İçimdəki sızıltı
Son yarpağın ahıdı...
Mənə sevgi verməsi -
Allahın günahıdı...

Mən bəndə tək diz üstə
Verdiyi sevgi ruhum...
Qopdum... düşdüm üz üstə -
Bu da mənim son yuxum!..