adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyul 2019 14:16
6970
HADİSƏ
A- A+

Güclü külək Bayılda qayığı aşırdı, 2 balıqçı köməksiz qaldı

İyulun 12-də saat 20.40 radələrində DİN-in "102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılıblar.

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.