adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyul 2019 12:34
6029
HADİSƏ
A- A+

İcra Hakimiyyəti Gəncədə güclü küləyin fəsadları barədə


Ötən gündən başlayan güclü külək Gəncədə bir sıra fəsadlar törədib.

Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində şəhərdə bir neçə irigövdəli ağac aşıb, budaqlar qırılıb:

"Heydər Əliyev prospekti, Gülüstan, Sadıllı yaşayış massivlərində, Dədə Qorqud küçəsində ağaclar aşıb. Nəticədə bir neçə yol bağlanıb. Qurum nümayəndələri hadisə baş verən ərazilərə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar. Hazırda avtomobillərin normal hərəkəti təmin olunub".