adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyul 2019 13:42
23331
SİYASƏT
A- A+

Oqtay Əsədovdan Zahid Oruca: Sən danışmayanda darıxırıq

Sosial Tədqiqatlar Mərkəzinin direktoruZahid Orucdövlət qurumlarını aktiv olmağa çağırıb.

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Z.Oruc üç ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini, bu siyasətin düzgün qurulmalı olduğunu bildirib.

Buna misal kimi Gəncə hadisələrinə görə həbs olunanAydın Qurbanovun ölümünə toxunan deputat qeyd edib:

"Baş Prokurorluq, Ədliyyə NazirliyiPenitensiar Xidmət məhbus öləndən üç gün sonra açıqlama verdilər. Bu, düzgün yanaşma deyil”.

Milli Məclisin sədriOqtay Əsədovisə Zahid Oruca irad tutub:

"Dediyin sözlərdə həqiqət var. Çalış, gələn dəfə tez-tez danış, sən danışmayanda darıxırıq. Amma gündəlik ətrafında danış”.(oxu.az)