Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub" Adalet.az | "Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Raqufu ona görə “Murov qartalı” adlandırırdılar ki, bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub"

3956    |   2019-07-12 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan "Murov qartalı” ləğəbi ilə tanınan polkovnik-leytenant Raquf İbrahim oğlu Orucovun doğum günüdür. R.Orucov 1972-ci il iyulun 12-də Ağdamın Cinli kəndində anadan olub.

R.Orucovun kəşfiyyat rəisi ehtiyatda olan mayor Rasim Fərşidov Moderator.az-a açıqlamasında öz xoş xatirələrini bölüşüb və o, R.Orucovu peşəkar bir zabit kimi tanıdığını bildirib:

"Mən Raqufun kəşfiyyat rəisi olmuşam və onda o, bölük komandiri olub. R.Orucov zabit kimi çox tələbkar, şəxsi heyyətlə işləmək bacarığı olan bir zabit olub. O, qarşısına qoyulan tapşırığı daim yerinə yetirib. Raqufla mən 1996-cı ildən 2002-ci ilə kimi bir yerdə xidmət etmişik və o, tağım, bölük komandiri və sonra da kəşfiyyat rəisi olub. Raqufu ona görə "Murov qartalı” adlandırırdılar ki, Azərbaycan ordusunda ən çox sükan arxasında gedən, dağlara qalxa bilmək üçün onda bu dözüm var idi. R.Orucov bir çox kəşfiyyatlarda dağlar zirvəsində olub. O, həmin ərazilərdə 7 il xidmət edib”.

R.Fərşidov deyib ki, R.Orucov öz əsgərləri ilə birlikdə düşmənə qarşı döyüşərək şəhid olub:

"R.Orucov aprel döyüşlərində briqada komandiri olub və vəzifəsinə görə o, əlinə silah alıb döyüşməyə də bilərdi. Amma o, torpaqları azad etmək üçün əlinə silah alıb döyüşə atıldı. O, şəhidliyi özü seçdi. O, vətəni, torpağı vəzifədən daha çox sevən bir insan olub”.




İmza:

Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır

Aqil ABBAS: «SİZİN ƏSGƏR SALAMINIZA QURBAN OLALIM»

Fərhad Bədəlbəylidən Qarabağ harayı - VİDEO

220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

Azərbaycan ekstradisiya ilə bağlı beynəlxalq sənədə qoşulub

Vüqar Rəhimzadə : Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir

Şəkidə Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu departamentlə bağlı Prokurorluğa müraciət edildi

Ekologiyaya ziyan vuran şəxslərlə bağlı 135 cinayət işi başlanıb

Qarabağ savaşını mən başlatdım - 31 il sonra ETİRAF

Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK