Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı...” - Deputatdan haqlı İRAD Adalet.az | “İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı...” - Deputatdan haqlı İRAD Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar olmaz axı...” - Deputatdan haqlı İRAD

4764    |   2019-07-12 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yayın bu qızmarında kənd təsərrüfatı məhsullarının "qızan” qiymətləri vətəndaşların haqlı narazılığına səbəb olub. Bineyi-qədimdən deyirlər ki, həm geyim, həm də yemək baxımından kasıbınkı yaydır. Kasıb xiyar-pomidor, bir az da pendirlə qarnını doyurmaq üçün hər dəfə yayı gözləsə də, görünən odur ki, bu mövsüm ac qalacaq. Axı kiloqramı 2 manata pomidor, 1 manata xiyarı alıb yeməyə qıymırsan. Onsuz da mer-meyvədən əlimizi üzmüşük. Qoy bizim gilasları afrikanlar yesin, biz yeməsək də olar. Təki hesabat verəndə sinəmizi qabardıq "ixracımız artıb” deyə bilək...

Kasıbdan söz düşmüşkən parlamentdə onların hüquqlarını müdafiə edən 3-4 deputat varsa, ilkin yada düşəni Vahid Əhmədovdur. Elə bu səbəbdən də ona müraciət etdik.


Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ixracdan əvvəl daxili tələbatı nəzərə almaq lazımdır:


"Əvvəl daxili bazarı təmin etmək lazımdır ki, insanlar yüksək qiymətə məhsul almağa məcbur olmasınlar. Bundan sonra ixrac məsləsinə baxmaq lazımdır. Dövlətin imkanları var, istənilən vaxt istənilən fermerdən istənilən kənd təsərrüfatı məhsulunu ala, ehtiyatda saxlaya və bazara buraxa da bilər”.


İqtisadçı deputat ixracın artması səbəbindən daxildə qiymətlərin bahalaşdırılmasının qanunauyğun olmadığını bildirib:

"İxrac artıb deyə daxildə qiymətləri niyə qaldırmalıyıq?! Hələ əməkhaqları ilə bağlı Prezident tərəfindən qərar veriləndə biz bunun süni şəkildə qiymətlərə təsir edəcəyini bildirmişdik. Əməkhaqlarının artımı sentyabrdan nəzərdə tutulub, amma indidən bahalaşma gedir. Bizdə həmişə belə olub, maaş artırılan kimi, bundan sui-istifadə edən sahibkarlar da məhsulları bahalaşdırır. Mən hesab edirəm ki, ilk növbədə daxili bazarı qorumaq və qiymətləri stabilləşdirmək lazımdır. Bundan sonra ixracı həyata keçirmək lazımdır. Heç kim ixracın əleyhinə deyil, biz də istəyirik ölkəyə daha çox valyuta daxil olsun”.


Parlamentari qeyd edib ki, kənd təsərrüfatı məhsullarının baha olması ilə bağlı vətəndaşlar tərəfindən narazılıqlar var:

"Biz özümüz də bu ölkənin vətəndaşı olaraq dükan-bazardan bazarlıq edirik və bahalığı hiss edirik. İlin-günün bu vaxtı 2 manata pomidor, 1 manata xiyar, 90 qəpiyə soğan və s. olmaz axı... İnsanlar tərəfindən bununla əlaqədar olaraq müraciətlər artmaqdadır. Ona görə də müvafiq dövlət qurumları bu işlə məşğul olub daxili bazarı stabilləşdirməlidirlər”.




İmza:

Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək

Bakıda daha bir küçə yenidən qurulub

BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

Bakı metropoliteninin yenilikləri beynəlxalq tədbirdə diqqət mərkəzində olub

Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi

"Qarabağ Azərbaycandır və nida işarəsi" - Ağcabədidə yürüş-mitinq

Fərhad Bədəlbəyli: Məni telekanalların veriliş siyasəti çox narahat edir

Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edildi

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

MAİS AĞAYEVƏ DIQQILI BİR SUAL

SON XƏBƏRLƏR
2019-10-16
2019-10-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK