Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıda I sinfə qəbul üçün 45395 müraciət olub Adalet.az | Bakıda I sinfə qəbul üçün 45395 müraciət olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda I sinfə qəbul üçün 45395 müraciət olub

4503    |   2019-07-12 11:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyulun 12-nə (saat 09:30) olan məlumata əsasən, paytaxt məktəblərinin I sinfinə elektron qeydiyyat (mektebeqebul.edu.az) üzrə 45 395 sorğu yerləşdirilib.

Onlardan 42599-u ümumi təhsil məktəblərini, 2796-sı isə lisey və gimnaziyaları seçib.

2019-2020-ci tədris ili üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün I sinfə qeydiyyat da elektron formada aparılır.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsininmektebeqebul.edu.azsaytında qeydiyyatı yolu ilə həyata keçirilir. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək məqsədilə I sinfə şagird qəbulu elektron sistem vasitəsilə aparılır. Bu, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.



İmza:

Bakıya gətirilən yeni avtobuslar ilin sonuna qədər istifadəyə veriləcək

Bakıda daha bir küçə yenidən qurulub

BŞBPİ: İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən mitinqin qarşısı alınacaq

Mehriban Əliyeva Vasim Məmmədəliyevin hüzr mərasimində - FOTO

Şuranın dəstəyilə “Uşaqlara qarşı Zorakılıqsız Həyat” davam edir

Bakı metropoliteninin yenilikləri beynəlxalq tədbirdə diqqət mərkəzində olub

Saxta spirtli içkilər hazırlayan “Beluqa Tahir” ifşa edildi

"Qarabağ Azərbaycandır və nida işarəsi" - Ağcabədidə yürüş-mitinq

Fərhad Bədəlbəyli: Məni telekanalların veriliş siyasəti çox narahat edir

Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edildi

DİQQƏT! Bu küçə və yollarda rənglənmə işləri aparılacaq

MAİS AĞAYEVƏ DIQQILI BİR SUAL

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK