Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı Adalet.az | Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

5980    |   2019-07-12 11:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ali Neft Məktəbində (BANM) Amerika Birləşmiş Ştatlarının aparıcı ali təhsil müəssisələrindən olan Texas A&M Universiteti (TAMİU) və Laredo Kollecinin rəhbər şəxsləri ilə görüş keçirilib.

BANM-dan verilən məlumata görə, görüşün məqsədi hər iki ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsi və birgə proqramların həyata keçirilməsi olub.

Görüşdə Texas A&M Universitetinin tədqiqat və sponsor layihələri üzrə prorektor müavini Con Kilburn, Laredo Kollecinin prezidenti Ricardo J. Solis, kollecin nümayəndəsi Silviya de Zeon iştirak edib.

Qonaqlar ilk olaraq BANM-in kampusu ilə tanış olub. Onlara Ali Məktəbin təlim-tədris otaqları, çoxfunksiyalı labaratoriyaları, kitabxanası, konfrans və idman zalları barədə ətraflı məlumat verilib.

Öz növbəsində qonaqları salamlayan Elmar Qasımov onlara Ali Məktəbin əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında ətraflı məlumat verib.

Elmar Qasımov Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksəkixtisaslı kadrların hazırlanmasında BANM-in rolunu qeyd edib:

"Bakı Ali Neft Məktəbinə qəbul olunan tələbələr öz bilik və bacarıqları ilə fərqlənir. 2011-ci ildən etibarən ən yüksək bal toplayan tələbələr Bakı Ali Neft Məktəbini seçir. Digər tərəfdən BANM dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələriylə sıx əməkdaşlıq edir. Bu gün BANM-in Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisaslarının məzunlarına Bakı Ali Neft Məktəbi ilə yanaşı, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin də diplomları verilir. Bu təcrübəni nəzərə alaraq tələbələrin Texas A&M Universitetində magistr təhsili, birgə elmi tədqiqatların aparılması, müəllimlərin distant və fiziki yolla tədris prosesinə cəlb edilməsi istiqamətində əməkdaşlığı məqsədəuyğun hesab edirik”.

Texas A&M Universitetinin prorektor müavini Con Kilburn birgə tədqiqatların aparılmasına və tələbə mübadiləsinə maraqlı olduqlarını qeyd edib. O, əldə olunan razılaşmadan sonra birgə əməkdaşlıq əlaqələrini intensivləşdirməyin mümkünlüyünü bildirib.

Sonda Bakı Ali Neft Məktəbi ilə Texas A&M Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

Məlumat üçün bildirək ki, TAMİU 7500-dən çox tələbəyə incəsənət, elm, biznes administrasiyası, tibb kimi müxtəlif ixtisaslarda bakalavriat, magistratura və doktorantura dərəcəsi üzrə təhsil təqdim edir. Universitet bakalavriat səviyyəsində Sistem mühəndisliyi ixtisası üzrə də tədris həyata keçirir. TAMİU Qərbi Hemisfer Ticarəti Araşdırma Mərkəzi, Qərbi Hemisfer Ticarəti İnformasiya Mərkəzi, Yer və Ətraf Mühit Elmləri Mərkəzi, Kiçik Biznes İnkişafı Mərkəzi və s. kimi tədqiqat mərkəzlərinə ev sahibliyi edir.




İmza:

Bakı Ali Neft Məktəbi dünyanın nüfuzlu Fortinet Şəbəkə Təhlükəsizliyi Akademiyasına üzv oldu

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib

Nazir: "Bəzi direktorlar səhlənkarlıq edir"

4 min şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedicidir - Nazir

ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirə aparılıb

Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq

ADU-da “Chuanyan” Çin bayramı qeyd olunub

UNEC-də “Elm həftəsi”: 5 gün, 5 aktual mövzu

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

SON XƏBƏRLƏR
2019-10-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK