deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib Adalet.az | UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib

2012    |   2019-07-12 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-də Azərbaycan Dövlət İqtisad Universitetinin professorları tərəfindən hazırlanan və Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsinin 50-ci və anadan olmasının 96-cı ildönümünə həsr olunan "Azərbaycanın iqtisadi inkişafının Heydər Əliyev strategiyası” adlı monoqrafiyanın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə təqdimatı keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov müstəqillik illərində ölkəmizdə sosial-iqtisadi inkişaf strategiyası sahəsində əldə olunan uğurların məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, bu gün də həmin strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Dövlət İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrdən söz açan rektor, ulu öndərin tövsiyələrinin UNEC-in inkişaf strategiyasının prioritet istiqamətləri kimi müəyyən olunduğunu qeyd edib. UNEC-in 90 illik yubileyində ulu öndərin verdiyi tapşırıqlara və bu tapşırıqların icrasına həsr olunan yeni kitabın hazırlanacağını deyib. Ə.Muradov monoqrafiyanın əhəmiyyətindən söz açaraq, ümummilli lider Heydər Əliyevin zəngin irsinin hələ uzun illər tədqiq ediləcəyini vurğulayıb. Ulu öndərinin irisinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi missiyasının UNEC-in öz üzərinə götürdüyünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan iqtisadiyyatının inkişafındakı tarixi xidmətlərindən söz açıb. UNEC professorlarının hazırladığı dəyərli monoqrafiyada ulu öndərin iqtisadi inkişaf strategiyasının bütün məqamlarının dərin təhlil olunduğunu bildirib.

AMEA-nın müxbir üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev Heydər Əliyevin müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, maliyyə institutlarının formalaşdırılması, ölkəmizdə tədris-təlim texnologiyalarının tətbiqi, xalq təsərrüfatının müxtəlif sahələrində və funksional bölmələrində iqtisadi islahatların aparılması, əhalinin sosial müdafiəsi, optimal vergi siyasəti, xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Monoqrafiyada ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasını əks etdirən və mühüm faktlara əsaslanan məqalələrin yer aldığını vurğulayıb.

UNEC-in kafedra müdiri, professor Məhiş Əhmədov monoqrafiyada Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının mahiyyəti, ümumi və xarakterik cəhətləri, prioritetlərinin sistemli şəkildə təhlil olunduğunu bildirib. Monoqrafiyanın müasir Azərbaycanın davamlı və dinamik sosial-iqtisadi inkişafının mənbələrini, hərəkətverici qüvvələrini daha dərindən və aydın dərk etməyə imkan verdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA-nın müşaviri, akademik Əli Abbasov ulu öndər Heydər Əliyevin elm və təhsilin, bilik və informasiya resurslarının inkişafında, eləcə də insan kapitalının formalaşmasındakı rolundan bəhs edib. UNEC professorlarının hazırladıqları monoqrafiyada iqtisadiyyatın bütün sahələri ilə yanaşı, bilik və informasiya resurslarına əsaslanan yeni iqtisadiyyatın qurulması barədə məqalələrin yer aldığını, həmçinin çox mühüm nəticələr əldə olunduğunu qeyd edib. Akademik monoqrafiyanı ulu öndər Heydər Əliyevin sosial iqtisadi siyasətinə verilən qiymət kimi dəyərləndirib.

Tədbirdə çıxış edən millət vəkilləri Vahid Əhmədov, Rüfət Quliyev, UNEC-in professoru Arif Şəkərəliyev ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əhəmiyyətindən danışıblar. UNEC alimlərinin hazırladığı monoqrafiyanın bu strategiyanın təbliğ olunması istiqamətində dəyərli töhfə olacağını deyiblər.




İmza:

ADU-da müəllimlər üçün təlim yekunlaşdı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

51 abituriyentin qiymətində dəyişiklik edildi

Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Nazir müavini: "Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa..."

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!”

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci olub

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK