Əbülfət MƏDƏTOĞLU: DÖZÜMÜN MƏLHƏMİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
48255 | 2019-07-16 10:44

... Məclissükut içərisində idi. Adamların üz-gözündən hiss olunurdu ki, çiyinlərinə birağırlıq çöküb. Ürəkləri o ağırlığın caynağındadır. Elə bil ki, barmaqlarsıxıldıqca ağrı da artır...

Düşünməyinki, bu hansısa bədii yazıya girişdi. Sizi kökləmək, sizi mövzunun ovqatınaqatmaq üçün bu üsulu seçmişəm. Xeyr! Doğrudan-doğruya məclisin hüznü hər andan,hər hərəkətdən, hər rəhmət diləyindən bir daha yaşanır, bir daha təkrarlanır. Mən bu məclisdə tək deyildim. Yəni fərd kimi birbucaqda çəkilib durmamışdım. Mən də olanların içərisindəydim və mən də yaşananlarıyaşayırdım. Üstəlik həm də özümün, öz dünyamın, öz çevrəmin sızıltılarını dayenidən ürəyimin daşlaşmaq bilməyən həssaslığına yük edirdim. Ona görə də mənimüçün daha çətin, daha ağır idi – itirilən və itən! Bu həm həyəcandı, həm dəhardasa sualdı. Ona görə ki, bunun damarında, canında günah da var, tale yazısıda, biganəlik də və bir az da hər şeyi öz axarına buraxmaq da. Belə olan haldahəyəcanı və sualı seçmək, bir-birindən ayırmaq, hər birini öz axarına, öz məcrasınayönəltmək adamdan hünər istəyir. Təəssüf ki, indi adamlarda hünər qalmayıb. Səbəbçoxdur. Yəni burda qidalardan tutmuş depresiyalara, streslərə qədər hər şeyi səbəbkimi görmək olar. Mən bu fikrin dərinliyinə baş vurmuram. Sadəcə, indiki anda mənədaha çox inandırıcı görünən biganəlik və bir də hər şeyi zamanın axarınaburaxmaqdı...

Bəzəndeyirlər ki, "saxla samanı, gələr zamanı”. Bu deyimi ədəbiyyatşünaslardantutmuş aqillərə və adillərə qədər hər kəs bu və ya digər formada şərh edir,onun qatlarına işıq salır. Mən aqil və adil olmasam da, özümə görə bir azacıqanlayışım var. Yəni xatırlatdığım atalar sözünün arxasında mən daha çoxisrafçılığı görürəm. Mənə belə gəlir ki, həmin fikri səsləndirmiş müdrik"saxla” deyəndə, artıq olanını qoruyub saxlamağı, ehtiyat tədarükü görməyi nəzərdətutur. Çünki elə bir məqam gələr ki, bir saman çöpü də bir qarışqanı xilas edər.Daha başqa mənalarını mən heç yaxınıma da buraxmıram. Ona görə ki, çəkdiklərim,yaşadıqlarım mənə bunu diqtə edir... Bunu hər an kino lenti kimi gözümün önündəfırladır. Ekrana baxmaqdan gözlərim artıq yorulub. O yorğunluq saxlaya bilmədikləriminhəsrətini də, acısını da, yanğısını da özünə çəkib, hopdurub. Ona görə dəzamanın nə vaxt gələcəyinə, samanın nə vaxt istifadə olunacağına xüsusi birdiqqət ayırmağa özümdə maraq görmürəm. O ki, qaldı...

Bəli,iştirakçısı olduğum məclis, yaşadığım həyat mənim əlimdən tutub bir küncə yönəldir.O künc həm sığınacaqdır, həm düşünmək yeri, həm də yaşananların üst-üstəyığılıb mənə suallar ünvanlandırdığı hücrə. Mən öz hücrəmdə yaşadıqlarımınyarısı ilə ortaq oluram. Yarısı isə...


Tanrıqarşısında başım aşağı

Kirpikdənboylanır yaşım aşağı...

Vaxtsızdiyirləndi daşım aşağı –

Söndü xəfifmehdən şam yarısında...


Mənə nəveribsə dərddi damarı

Çeynəyəbilmirəm sərtdi damarı...

Elə büdrədiki, sərpdi damarı –

Seçdiyimbu yolun, tam yarısında...


Ötüşənillərim – sümbül ovuldu

Cicəkçırtlamadan barı sovuldu...

Vurhavur,qaçhaqaç, qovhaqov oldu –

Kam alabilmədim, kam yarısında...


Güzgüdəbaxıram bu üstə başa

Dən ayaqaçıbdı saqqala, daşa...

Gəlibyetişmişəm mən altmış yaşa –

Yuxuluyarısı, xam yarısı da...


***

Adətəndüşündüklərimi bilgisayara diqtə etməmişdən öncə onu özüm özümə, dörd divararasındakı dünyama pıçıldayıram. Və mənə elə gəlir ki, həmin o dörd divar mənidinləyir. Əgər yazdığımı divarlar sükutla qarşılayırsa, onu kağıza köçürmürəm.Yox, divarların əhvalında hansısa bir dəyişiklik hiss edirəmsə, onda ürəklənirəm,pıçıltılarımı köçürürəm bilgisayarın yaddaşına. Sual verə bilərsiniz ki,divarların məgər dili var? Və yaxud özünün münasibətlərini ifadə etmək qabiliyyətivar ki, ağlına gələn hər mənasız fikri oxucuya ünvanlayırsan. İnanın ki,yanılırsınız. Bu dünyada Tanrı yaradan nə varsa, o cümlədən də Tanrının iradəsiləbəndənin ortaya qoyduğu nə mövcuddursa, dili də var ifadə üsulları da. Bax, bumənada mən divarlarla danışanda elə bilirəm ki, canlıdılar. Və o divarlar mənimoxuduğum şeiri, pıçıldadığım yazını dinləyəndə məni şövqləndirirsə, mən özümdənasılı olmadan səsimin tempini müxtəlif formalara salıramsa, deməli, divarlar mənidinləyir, deməli, yazdığım alınıbdı!.. Hətta bəzən kimlərsə qapı arxasında mənidinləyib içəri daxil olanda otaqda kimsənigörməyib çox qəribə baxıbdı mənə. Bəzən soruşan da olubdu:

-Telefonladanışırdın?

Demişəm:

-Yox!

- Bəsonda kimlə?

-Divarlarla!

Mənisorğuya tutan başını bulayıb və mimikasından tutmuşam ki, "bu yazıq da dəlioldu” fikrini tutmuşam. Heç nə deməmişəm. Çünki o, məni duymaq iqtidarındaolmayıb. Divarı necə duydun?!.

Hə,yazımın bu nöqtəsində sizin də dodağınızınucundan bir təbəssüm keçdiyini hiss etdim. Bunu mənə dizaynerimiz Şamxal bəy dəhiss etdirdi. Özündən asılı olmadam dedi ki, Allah şəfa versin”.

- Nədeyirəm Şamxal bəy, şəfa diləmək də xoşməramdı. Amma inan ki, mənimki nə şəffalıq deyil, nə də...

Bəli, budünyadakı ən böyük sıxıntım elə özümdən və Səndən başqa kimsənin bilmədiyi, təkcəAllaha bəlli olub və Allahdan gələn sevginin yaşantılarıdı. O elə bir yaşamdıki, o səndən hamını bezdirir. Bəzən sən özün də özündən bezirsən. Ona görə ki,səni anlamırlar və yaxud da anlamaq istəmirlər.Belə olan halda mən yenə üzümü dörd divara tuturam:

Mən hərdən

özümdəndə bezirəm

və onda

məndənbezənləri

dahayaxşı

dərkedirəm...

həminanda

susub

sadəcə

içimdəkixəcaləti

götürüb

yaddaşkartıma ötürüb

tərkedirəm

olduğumməkanı,

adamları

ağrımasın,

sıxılmasındeyə

kimsənincanı

mən həmişə

və hətta

hərdən də

bezəndəözümdən

yapışıbdörd əlli

verdiyindözümdən

görüşyerimizə

gedirəm

çünki

budünyada

birAllaha

bir də Sənə

inanclıyam

sizə ərkedirəm

bağışlayınməni...

***

Doğurdanda insanların bir-birinə qarşı anlayışlı olması müəyyən mənada sizin ironikyanaşdığınız daşa-divara da dil verir... onlarla da danışmaq, fikir bölüşməkolur. Və həmin o dediyim anın içərisində insana ən çox lazım olan ürəkdi. Çünkidaşı-divarı ancaq ürəklə dinləmək mümkündü. Bax, elə hərdən mənim mövzumun qəhrəmanıolan Sənə irad bildirənlər unudurlar ki, onlar sadəcə olaraq ürəklərini işəsalmırlar... ürəklərini dincə qoyublar... İstəmirlər ki, o ürək sevgidən, həsrətdənbir balaca ağrısın, bir balaca özünü unutsun... Başa düşmürəm onları. Elə onagörə də birbaşa ağlımdan gəlib keçən, daha doğrusu, birbaşa ürəyimin diqtəsiyləağlımda şeirləşmiş misralara üz tuturam.


Kiçikbir kürəyəm hey fırlanıram

Özüm öziçimdə qıfıllanıram...

Hər güntəzələnib – sıfırlanıram –

Dərdiminüzünü güldürmək üçün...


Dilverən,gözverən çəkib araya

Duz səpibqaysaqsız qanlı yaraya...

Hərdən dəqatıpdı ağı qaraya –

Mənəkimliyimi bildirmək üçün...


Durduğumnöqtəni – yeri daraldıb

Oduma susəpib - közü qaraldıb...

İndianladım ki, onu yaradıb –

Məni gülə-güləöldürmək üçün...


***

Həqiqətənbu yazını yazdığım gün çox ağır bir məclisin stresində və həm də o stresin necə yaşandığını görüb dərketmək zorunda qaldım. Gördüm və anladım ki, dünyada ən dözümlü "nədir”, "kimdir”sualının cavabı birmənalıdı.

- İNSAN!

Bu fikrəona görə xüsusi diqqət ayırıram ki, daşın ovulduğunu da, ağacın kökündənqopduğunu da, budağın sındığını da bu və ya digər şəraitdə müşahidə etmişəm.Amma sınan budağın, ovulan daşın öz dözümünü ifadə etmək gücünü görməmişəm.İnsan isə canından artıq sevdiyi, necə deyərlər, sinədə ürək, ağızda dilbildiyini itirəndə göz yaşıyla ovunur, danışıb yüngülləşir. Ən vacibi isətorpaq onun sərpini alır. Yarasına sanki məlhəm çəkir. Və beləcə, itirdiyinin3-ü, 7-si, 40-ı, nəhayət ili... sonra yavaş-yavaş həmin o məlhəm öz işinigörür. Sadəcə, ürəkdə bir yara hansısa məqamda, hansısa təsadüfdə özünü hissetdirir. Bax, buna görə də ən dözümlü yenə də İNSANdı!

Bəli,bütün yazı boyu mən nə yaşadım, fikirlərim harda düyün, harda pərən düşdü birözüm bildi, bir də Allahım. Yox, üzr istəyirəm oxucularımızdan, bilgisayaryazarımız Gülər xanım da xəbərdar oldu baş verənlərdən. Bir az mən ona istinad edib dözdüm, bir az da o mənə.Məqsədimiz kimsəni təkləmək yox, nəyisə anlatmaq idi. Bilmirəm, necə alındı,amma həqiqətən daş-divarla danışmaq daha məqsədə uyğundur. Çünki o, səni rahatdinləyir. Və mən də yazımın mövzusuna uyğun olaraq sənə üzümü tuturam:


Sönən bir işıq üçün, 

Kipriklərini sıxma...

Xəyalını qurduğun, 

yolun sonuna çıxma...


Getsənözünlə birgə, 

sevgini də apar, get –

İçindəkiümidi, 

Toz olmaqdan xilas et!..


Sadəcədodağının,

 ucunda bir ad göyərt...

Hər dəfəo adı de – 

və ürəyini kövrəlt...


... Hə,gördünüzmü necə çətindi dözmək?! Gördünüzmü mən nə çəkirəm?! Və bir də gördünüzmünecə ağırdı anlayışlı olmaq?!

P.S. Sizədözüm, anlayış və bir də hərdən dörd divarla danışmaq gücü arzu edirəm.


TƏQVİM / ARXİV