adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Bolqar rejissor Qarabağ barədə pyes yazır

ETİBAR CƏBRAYILOĞLU
61754 | 2019-07-11 15:48

Xristo Stoyçev mədəniyyət naziri Əbülfəs Qarayevətəşəkkür etdi

Bolqarıstanın tanınmış teatr rejissoru XristoStoyçev Bakıdadır. Bu, Azərbaycanın yaxın dostunun ölkəmizə ilk səfəri deyil, o,həm yaradıcılıq, həm də şəxsi işləri ilə bağlı tez-tez paytaxtımıza gəlir. Teatrlarımızdatamaşa hazırlayır, Bakıdakı qohumlarına baş çəkir. Xristo qohumluq əlaqələribarədə söhbətimizin gedişində özü ətraflı danışacaq. Müsahibəmizin əsas məqsədibolqar rejissorun yeni yaradıcılıq işi haqqında oxuculara dolğun məlumatverməkdir.

- Xristo, sizi yenidən Azərbaycanda görmək xoşdur. "YUĞ”teatrındakı məşqdən dərhal sonra müsahibəyə razılıq verməyinizdən budəfəkisəfərinizin məqsədi məlum oldu...

- Hər dəfə Bakıya gəlmək, köhnə dostlarla görüşməkxoş hiss yaradır. Bu qızmar yay günlərində Novxanı çimərliyində dincəlmək əlaolardı, amma təəssüf ki, istirahətə vaxt yoxdur. Bu dəfə sırf yaradıcılıqişləri ilə bağlı gəlmişəm. Çox yaxın dostum, "YUĞ” Dövlət Teatrının direktoruİslam Həsənov məni maraqlı bir layihəni reallaşdırmaq üçün yenidən Bakıya dəvətedib. Biz onunla uzun illərdir ki, həm dostluq edirik, həm də yaradıcılıqəlaqələri saxlayırıq. İslam hələ Lənkəran Dövlət Dram Teatrına rəhbərlik edəndəməni o gözəl şəhər və istedadlı kollektivlə tanış etmişdi və teatrın səhnəsindəMolyerin "Mizantrop” əsərinə quruluş vermişdim. Sonra İslam Həsənov Sumqayıt DövlətDram Teatrının direktoru vəzifəsinə təyin olundu, biz yenidən birgə layihəbarədə düşündük. Sumqayıt səhnəsində tam fərqli yozumda və yeni yanaşmada"Otello” hazırlamaq istədik.

- Lakin nədənsə həmin layihə reallaşmadı...

- Doğrudur, istəyimizi həyata keçirə bilmədik, hazırlıqprosesinin əvvəlində texniki və digər başqa problemlər ortaya çıxdı. Həyatsürprizlərlə doludur... İnsan düşündüklərinin hamısını həyata keçirə bilsəydiyaşamaq yəqin ki, maraqsız olardı...


- Növbəti işbirliyinizin uğurlu alınacağına ümidedirik...

- İnşallah. İslam Həsənov istedadlı və bacarıqlıtəşkilatçıdır, son zamanlar dünya və Avropa teatrlarında hansı tendensiyalarıngetdiyini yaxşı bilir, yeni teatr çağırışlarını dərk edir və Azərbaycanteatrının xaricdə yüksək səviyyədə təbliğinə çalışır. Yeni işbirliyimiz də buistiqamətdədir. Həm də elə birinci sualınıza cavab olaraq deyim ki, məhzdostumun təklifi ilə "YUĞ”un səhnəsində Şekspirin "III Riçard” pyesi əsasında "Lənət”tamaşasını hazırlayıram, yeni səhnə redaksiyasının müəllifi də özüməm. Klassikvə dünyaca məşhur səhnə əsərinə belə bir adın seçilməsi isə təsadüfi deyil.Lənət motivinə böyük Şekspirin əksər pyeslərində rast gəlmək mümkündür."Hamlet” də atasının Hamletə dediklərini xatırlayırsınız yəqin. Və yaxud, "Maqbet”pyesində qadınların Maqbetə etdikləri xəbərdarlığı yada salaq, onlar deyir ki,sən kral olacaqsan, lakin lənətlənmiş kral...

"III Riçard”ın bu yeni traktovkası üzərində çoxdançalışırdım, sevinirəm ki, Bakıda bu istəyimi reallaşdırmaq imkanı əldə etdim. "YUĞ”unkollektivi ilə üzərində çalışdığımız yeni səhnə əsərinin bir neçə mühümözəlliyi var, istərdim ki, oxuculara bu barədə bilgi verim. Tamaşanı ikiayrı-ayrı heyətlə qururam, amma bu hər kəsin alışdığı dublyor məsələsi deyil,yəni rol ifaçıları sadəcə bir-birlərinə dublyor olmayacaqlar. Hər bir heyətintamaşası o biri heyətin tamaşasından fərqlənəcək. Tamaşaçılar rollarda OktayMehdiyev, Əmrah Hacıyev (III Riçard), Qasım Nağı, Elgün Həmidov (Bekinhem),Sonaxanım Mikayılova, Natəvan Qeybani (Marqarita), Zümrüd Qasımova, TəranəOcaqverdiyeva (Yelizaveta) kimi çox istedadlı aktyor və aktrisaları görəcəklər.Sonaxanım Mikayılova və Natəvan Qeybani tamaşada həm də Dukesayoq-Kölgə rolunuoynayırlar.

Aktyor və aktrisalar məşqlərdə ürəklə çalışır, işəyaradıcı yanaşırlar, bir rejissor kimi bu məni sevindirməyə bilməz. "YUĞ”da ilkişim olsa da mərhum Vaqif İbrahimoğlunun yaratdığı bu kollektivi uzun illərdirki, izləyir, beynəlxalq teatr festivallarındakı uğurlarından xəbərdar oluram. Bugün Avropada belə teatr-studiyalar, yaradıcılıq laboratoriyaları çoxdur, "YUĞ” seçilən,tanınan teatrlardan biridir. İnanıram ki, kollektivin uğurları bundan sonra daha da çoxolacaq.

"Lənət” tamaşası üzərində mənimlə birgə çalışanistedadlı bəstəkar Sərdar Fərəcovun, quruluşçu rəssam, həmyerlim OlqaBosevanın, geyim rəssamı Elnarə Bəkirovanın, rejissor Günay Səttarın da işindənrazıyam. Hamımız çalışırıq ki, nəticə ürəyimizcə alınsın.

Yeri gəlmişkən, layihəni gerçəkləşdirməkdə mənə və"YUĞ”a dəstək olan Mədəniyyət Nazirliyinə, xüsusən də nazir Əbülfəs Qarayevəminnətdarlığımı bildirmək istəyirəm. Dövlət sifarişi ilə hazırlanan bu mürəkkəbtamaşanı indiki çətin zamanda nazirin diqqət və dəstəyini görmədən reallaşdırmaqmümkün olmazdı yəqin.

- Teatr mövsümü başa çatır. "Lənət” tamaşasınayəqin ki, yeni mövsümün əvvəlində-sentyabrda baxa biləcəyik...

- Teatr rəhbərliyinin qarşımıza qoyduğu tapşırıqbelədir ki, iyulun 20-nə qədər tamaşanın daxili baxışını keçirək. "Lənət”inpremyerası inşallah yeni teatr mövsümdə olacaq.


- Bayaq "YUĞ”un beynəlxalq festivallardakıuğurlarından danışdıq. Yeni layihənin xarici ölkələrdəki teatr festivallarında nümayişinəzərdə tutulubmu?

- Təbii ki, belə bir niyyətimiz var. Rejissor kimi"Lənət”in İngiltərədə keçirilən Edenburq Şekspir festivalında iştirakınıarzulayıram və bu istəyi həyata keçirmək üçün danışıqlar aparıram. İnşallah buməsələni reallaşdıra biləcəyik. Edenburq teatr festivalı dünyanın ən nüfuzlusənət yarışmalarından biridir. Əminəm ki, yeni layihəmiz Edenburqda maraqlaqarşılanacaq.

- Şekspirin vətənində onun əsərini oynamaq böyükməsuliyyət tələb edir...

- Sözsüz. Mən və tamaşada rol alan aktyorlar buməsuliyyəti dərk edirik. Bir daha əminliklə deyirəm ki, "YUĞ” teatrında ərsəyəgətirdiyimiz yeni tamaşa beynəlxalq arenaya çıxmağa layiqdir.

- Tanınmış rejissor və Azərbaycanın dostlarındanbiri kimi dramaturqlarımızın əsərlərinin Bolqarıstanda səhnəyə qoyulması iləbağlı hansı işləri görə bilərsiniz?

- Həm klassik, həm də müasir yazıçılarınızın,dramaturqlarınızın əsərlərini oxuyuram, bu sahədə yenilikləri imkan daxilindəizləyirəm. Onların bəzilərini təkcə Avropada deyil, dünyada təbliğ etmək bu günçox vacibdir. Mən də bu işdə əlimdən gələni etməyə hazıram və deyim ki, artıqmüəyyən addımlar da atıram. İstedadlı, rus dilində maraqlı əsərlər qələmə alanElman İsmayılov adlı bir gənc yazarla tanış olmuşam. Onun pyeslərindən biriniBolqarıstan Mədəniyyət Nazirliyinə təqdim etmişəm, yəqin ki, yaxın gələcəkdə buəsəri Sofiyanın hansısa bir teatrında səhnəyə qoya biləcəm.

Bir məsələni də qeyd edim, hazırda Qarabağhadisələrindən bəhs edən pyes yazıram. Bu əsər vasitəsi ilə Azərbaycanhəqiqətlərinin bolqar ictimaiyyətinə çatdırmaq istəyindəyəm. Ölkənizin Sofiyadakısəfirliyi bu istiqamətdə çox işlər görür, müxtəlif tədbirlər keçirir, bizimailə də belə tədbirlərdə həmişə fəalıq göstərir. Çünki Ermənistanın işğaletdiyi Qarabağda bu gün baş verənlər, evini-ocağını itirib qaçqın kimi yaşamağaməcbur olan insanların taleyi bizi daim narahat edir.

- Xristo, söhbətimizin bu yerində ailəniz haqqındaməlumat vermənizi istərdim. Bilirəm ki, oxucularımız üçün çox maraqlı olacaq...

- Həyat yoldaşım Natella xanım Bakıda doğulub. Taleyiməvə dostlarıma minnətdaram ki, məni belə bir gözəl insanla qarşılaşdırdılar.Natella xanım Vətənini, xalqını sevən, ziyalı bir ailənin övladıdır. Qayınatamprofessor Faiq Abdullayev tanınmış kimyaçı alimdir. Azərbaycanda kimya sənayesinininkişafında böyük xidmətlər göstərib. Faiq müəllim əslən Naxçıvanlı, qaynanamisə Lənkəranlıdır.

Qızım hazırda Londonda yaşayır və biznes sahəsindəçalışır. Bir vaxtlar aktrisa olmaq istəyirdi, amma mən razı olmadım.

- Niyə?

- Çox çətin sənətdir, açığı istəmədim bu çətinliyigörsün. Etibar, sənin oğlun Turan bizim məşqlərə tez-tez gəlib baxır,maraqlanır. Bilirəm ki, gələcəkdə rejissor olmaq istəyir. Onunla da söhbətedəndə deyirəm ki, çox çətin peşədir. Digər yaradıcı insanlar–şair vəyazıçılar, bəstəkarlar, rəssamlar individual çalışır, sənət nümunələriyaradırlar. Rejissorlarda, aktyorlarda isə bu proses tam fərqlidir, fərdiistedadınla hər şey həll olunmur, sən başqalarından əhəmiyyətli dərəcədə asılısan.

- Yeni tamaşanın daxili baxışından sonra Sofiyayaqayıdırsınız. Yəqin ki, bundan sonra Bakıda sizinlə tez-tez görüşəcəyik...

- İnşallah.

Etibar CƏBRAYILOĞLU


TƏQVİM / ARXİV