Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMI

FAİQ QİSMƏTOĞLU
47573 | 2019-07-13 10:24

"Ömür mənalıyaşanıbsa, ölüm də mənalı olur...”

Vaqif Bəhmənli


...Dünyada Allah tərəfindən sevilən insanlar var və Allah tərəfindən seviləninsanlara böyük Yaradan hər şey bəxş edib; istedad verib, təmizlik verib, vicdanverib və bir də qeyri-adi ömür bəxş edib. Bu adamlar həm də Allah-Təalanınseçilmişləridir. Digərlərindən fərqli olaraq onlar dünyaya gəlirlər, öz izləriniqoyurlar, əbədi olaraq yaddaşlarda qalırlar. Və həm də bu adamlara göy üzününadamları demək olar...

Mən çoxtəmiz adam tanıyıram. Amma professor, Azərbaycan mətbuatı tarixinə adı qızıl hərflərlə yazılmış ŞirməmmədHüseynov barmaqla sayıla biləsi böyük ziyalı, böyük alim, böyük jurnalist, böyükfilosofdu. Bəlkə də Şirməmməd müəllim dünyanın ən təmiz, ən pak, ən vicdanlı, ənnamuslu adamlarından biridir. O Şirməmməd müəllim ki, evi qədər doğma bildiyiBakı Dövlət Universitetində öz təmizliyi, öz vicdanı və öz dəst-xəttiylə birtarix yazıb.

Ola bilərbu universitetdə çox savadlı və istedadlı alimlər olsun. Və daha doğrusu, olubvə var da! Ancaq Şirməmməd Hüseynov tək univürsitet aləmində deyil, Azərbaycandaçox böyük nüfuzu olan ziyalıdır. O ziyalı ki, həmişə, hər vaxt öndə olub... oziyalı ki, balalarından da, doğmalarından da çox Azərbaycanı sevib... o ziyalıki, sözüylə əməli həmişə bir olub... Bizdə çox adam danışanda gözəl danışır.Amma əməlinə baxıb görürsən ki, tutduğuyolla danışığı bir-birini tamamlamır. Yəni hər şeyi tərs mütənasibdi...

Ötən əsrin70-ci illərində biz Şirməmməd müəllimin tələbələri olmuşuq. Daha doğrusu,1974-79-cu illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsindəoxuyurduq. Və o vaxtlar da böyük müəllim bizim fakültənin dekanı idi. Fakültəninmüəllimləri heç vaxt bizi incitmirdilər. Bizə ən çox kənardan gələn müəllimlər ədalətsizlikedərdilər. Bunu da Şirməmməd müəllim biləndə o dəqiqə aləm bir-birinə dəyərdi.Şirməmməd müəllim gəlib görərdi ki, kənardan gələn müəllim tələbələri haqsızyerə "kəsib”. O dəqiqə Şirməmməd müəllim məsələyə qarışar, kafedrayla danışar,yeni müəllim gələr və bizdən obyektiv imtahan götürərdi. Həmin müəllimin "kəsdiyi”tələbələrin əksəriyyəti təkrar imtahan zamanı yüksək qiymət alardılar.Haqsızlıq eləyən müəllim isə fakültədən qovulardı.

O, nə müəlliminhaqqını tələbəyə, nə də tələbənin haqqını müəllimə verərdi. Çünki ŞirməmmədHüseynov heç vaxt haqqı nahaqqa verməzdi...çünki Şirməmməd Hüseynov insanlara və tələbələrinə qarşı həmişə ədalətli idi...çünki Şirməmməd Hüseynov jurnalistikafakültəsində çox böyük ədalət və şəffaflıq yaratmışdı. Mən Qurana əl basaramki, onun dekanlığı dövründə fakültənin bir müəllimi belə tələbədən bir stəkançay ummayıb... mən Qurana əl basaram ki, Şirməmməd müəllim və onun komandasıistedadlı və savadlı tələbələrə qarşı heç vaxt ədalətsizlik eləməyib... mən Quranaəl basaram ki, o müəllimlər heç vaxt savadlı tələbənin haqqını tapdamayıblar...

ŞirməmmədHüseynov heç vaxt zəif adamlara qarşı öz gücünü göstərməyib. O, yalnızhaqsızlığa qarşı mübarizə aparanda da özündən vəzifəcə böyük şəxslərə etirazınıüsyankarcasına bildirib. Onun çiyindaşlarını bu gün də xatırlayıram: Mir CəlalPaşayev, Nəsir İmanquliyev, Qulu Xəlilov, Nurəddin Babayev, Nəriman Zeynalov,Famil Mehdi, Cahangir Məmmədli, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Akif Rüstəmov,Əliş Nəbili, Mahmud Mahmudov, Nəsir Əhmədli... Bu böyük ziyalılar Şirməmməd müəlliminyaratdığı ədalətli və vicdanlı yolun yolçuları idi. Bu böyük ziyalılar nurişığı idi, sevgi idi, haqq-ədalət idi. Bizim qəlbimizə işıq saçırdılar. O müəllimlərbizimlə çox sadə və səmimi dildə danışmağı bacarırdılar. O böyük müəllimlərbizi öz balaları qədər sevirdilər. Və biz də onları öz doğmalarımız bilirdik.

Heç vaxtyadımdan çıxmır. Əbdürrəhman Vəzirovdan sonra Azərbaycanda hakimiyyətə Ayaz Mütəllibovgəlmişdi. O da vəzifəli şəxsləri və ziyalıları toplayıb Prezident Aparatındaiclas keçirirdi. Şirməmməd Hüseynovun kəskin çıxışı bugünki kimi yadımdadı. O,üzünü Ayaz Mütəllibova tutub dedi ki, biz gözləyirdik siz köhnə hakimiyyətin səhvini təkrar eləməyəcəksiniz,Azərbaycanda sağlam mühit yaradacaqsınız. Amma siz o mühiti yaratmaq əvəzinə,qapı-pəncərəni bağladınız, xalq da bu havasızlıqdan boğulur. Bunu deməyə ürəklazım idi. Çünki bu sözü deyən adamı hər şey gözləyirdi: həbs də, ev dustaqlığıda! Ancaq Şirməmməd Hüseynov heç nədən çəkinib qorxmadan kişi kimi Ayaz Mütəllibovunüzünə dedi. Bax, ona görə, bu xalq, bu millət Şirməmməd Hüseynovu çox sevir. Çünkimilyonlarla adamın deyə bilmədiyi sözü o deyib. Belə kişilər az-az olurlar vəbelə kişilər kişi kimi yaşayıb və kişi kimi də Allahın dərgahına qovuşurlar...

Bir dəfəmüəllimimiz Akif Rüstəmovla metronun "20 Yanvar” stansiyasında görüşdük. İkidaşın arasında Şirməmməd müəllimdən söhbət düşdü. Dedi ki, ahıl yaşda olmasınabaxmayaraq, yenə hər gün arxivlərə gedir, Məmməd Əmin Rəsulzadə ilə bağlı sənədlərüzə çıxarır, öz təqaüd pulu ilə onları çap elətdirir. Bunu ancaq Şirməmməd müəllimeləyə bilərdi. Və ömrünün son gününə qədər Məmməd Əmin Rəsulzadə ilə bağlıçoxlu kitablar, heç kimin aşkar etmədiyi tarixi sənədlər üzə çıxardı. Və hamısıda onun zəhməti və alın təri hesabına işıq üzü gördü...

ProfessorCahangir Məmmədli Şirməmməd müəllimin həm sevimli tələbəsi olub, həm də yaxındostu. Daha doğrusu, böyük müəllim öz tələbəsinə atalıq eləyib. Şirməmməd müəllimindəfn günündə Cahangir Məmmədlinin çox səmimi və qeyri-adi çıxışı məni də kövrəltdi.O dedi ki, mən atadan yetim qalmışdım. Şirməmməd müəllim mənə atalıq eləyirdi.O, dünyasını dəyişdi, ikinci dəfə atadan yetim qaldım. Hər iki müəllimiminbir-birinə çox səmimi münasibətləri olub. Bunu tələbə vaxtı biz də görmüşük. VəŞirməmməd müəllim heç də hər adamla Cahangir müəllimlə olduğu kimi isti münasibətdə- ata-oğul münasibətlərində olmayıb. Ən azından ona görə ki, o uzun illər görübki, Cahangir müəllim oğul kimi ona çox sədaqətli idi.

Şirməmmədmüəllimin yas mərasimində bizim tələbə dostumuz və qardaşı oğlu YusifHüseynov Cahangir müəllimə yaxınlaşdı. Həminmasanın arxasında universitetin sabiq rektoru, akademik Abel Məhərrəmov və digərböyük ziyalılar əyləşmişdilər. Yusif Cahangir müəllimə dedi ki, indən sonra əmiminiyini səndən alacam! Bu söz Cahangir müəllimi və bizim hamımızı kövrəltdi, gözlərimizdoldu. Çünki böyük müəllim, böyük ictimai-siyasi xadim, böyük ziyalı ŞirməmmədHüseynov Azərbaycanın ziyalı dünyasından gedən şəxsiyyətdir. Yəni onun ölümübir ailəni, bir rayonu, bir universiteti deyil, bütün Azərbaycanı kədərləndirib.Və belə ziyalılar heç də tez-tez dünyaya gəlmirlər.

Müəlliməən yaxşı qiyməti onun tələbələri verir... müəllimi hamıdan yaxşı onun dərsdediyi tələbələr tanıyırlar... müəllimin hansı çətinliklər yaşadığını onun tələbələridaha yaxşı bilirlər... Bizim də tanıdığımız böyük Şirməmməd Hüseynov dünyanın əntəmiz, ən vicdanlı, ən namuslu ziyalısı idi. O, 95 il ömür yaşadı və bu 95 ilömrü çox mənalı, çox da yaddaqalan günlərə çevirdi. Onun bir saat, bir dəqiqə dəvaxtı boş, mənasız keçməyib. Böyük Vaqif Bəhmənlinin diliylə demiş olsaq: "Ömürmənalı yaşanıbsa, ölüm də mənalı olur...”. Onun ölümü də ömrü kimi mənalı olduvə bütün Azərbaycanı silkələdi...

...Vəbütün ziyalılar kövrəldi. Bu cür ziyalılar yer üzündən çox göy üzününadamıdı... bu cür ziyalılar sağlığında Allaha qovuşurlar... bu cür ziyalılar əsrlərkeçsə də heç vaxt tarixin yaddaşından çıxmırlar. Və Şirməmməd Hüseynov da göyüzünün adamıdı. Ruhun şad olsun, göy üzünün adamı!..


TƏQVİM / ARXİV