Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | 8 nəfərin ölümünə səbəb olan sürücü barədə BNA-dan açıqlama - FOTO Adalet.az | 8 nəfərin ölümünə səbəb olan sürücü barədə BNA-dan açıqlama - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

8 nəfərin ölümünə səbəb olan sürücü barədə BNA-dan açıqlama - FOTO

2255    |   2019-07-10 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Masallı rayonunda çoxsaylı insan itkisinə səbəb olan ağır yol nəqliyyat hadisəsini törətmiş sürücü Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən (BNA) aldığı "Fərqlənmə nişanı” ilə ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilib.

Bunu Agentliyin mətbuat katibi Masi Ağayev bildirib.

Onun sözlərinə görə, N.Mustafayevin Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur:

"Masallı rayonunda çoxsaylı insan itkisinə səbəb olan ağır yol nəqliyyat hadisəsi törədən sürücü Mustafayev Nizami Malik oğlunun taksi fəaliyyəti göstərməsi üçün BNA-dan fərqlənmə nişanı alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatların sosial şəbəkələrdə yalnış müzakirələrə səbəb olmaması və məsələyə düzgün şərh verilməsinin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Mustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı”nın verilməsi qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun olub.

Nizami Mustafayev Agentliyə müraciət edərək yalnız Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə "Fərqlənmə nişanı”nın verilməsini istəmiş və ərizəsinə də müəyyən edilən sənədləri (verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədinin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini) əlavə edib. Sürücü tərəfindən sonuncu dəfə "fərqlanmə nişanı” alınmasına dair ərizə 02.07.2019 tarixində təqdim edilib. Ərizə və ona əlavə edilən sənədləri nəzərdən keçirilib normativ hüquqi aktların tələbləri əsas götürülərək Nizami Mustafayevə onun istəyinə uyğun müddətdə yalnız Bakı şəhərinin inzibati ərazisində "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanı” verilib.


Qeyd olunan nəzərə alaraq bir daha bildiririk ki, vətəndaş Nizami Mustafayevin Bakı Nəqliyyat Agentliyindən aldığı "Fərqlənmə nişanı” ona Bakı şəhərinin inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakı şəhərinin inzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı” ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur.

Qanunsuz sərnişindaşıma fəaiyyətinin yolverilməz olduğunu vurğulayaraq avtonəqliyyat vasitəsi sahiblərini bu cür əməllərdən çəkinməyə dəvət edirik. Eyni zamanda sərnişinlərə tövsiyə edirik ki, müvafiq icazə əsasında fəaliyyət göstərən müntəzəm marşrut xətlərinin xidmətlərindən istifadə etsinlər".

Qeyd edək ki, ötən gün Masallı rayonunda mikroavtobusun ağır qəza keçirtməsi səbəbindən 8 nəfər dünyasının dəyişib.




İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK