Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BŞBPİ-də 6 ayın yekunları ilə bağlı əməliyyat müşavirəsi keçirilib Adalet.az | BŞBPİ-də 6 ayın yekunları ilə bağlı əməliyyat müşavirəsi keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

BŞBPİ-də 6 ayın yekunları ilə bağlı əməliyyat müşavirəsi keçirilib

4841    |   2019-07-10 17:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Bakı Şəhər Baş Polis İdarəsində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən quruculuq işləri, fəal hüquq-mühafizə siyasəti daxili işlər orqanlarının, o cümlədən paytaxt polisinin də fəaliyyətinin təkmilləşməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə öz müsbət təsirini göstərib.

Tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov cari ilin 6 ayında paytaxtın polis orqan və hissələri tərəfindən həyata keçirilən tədbirlərin nəticələri və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış edib.

Bildirib ki, paytaxtda baş vermiş cinayətlərin əksəriyyətinin üstü açılıb, cinayətkarlıqla mübarizə tədbirləri gücləndirilib. Nəticədə, Bakıda baş verən cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

General-mayor bildirib ki, bununla yanaşı, vətəndаşlаrın ərizə və şikаyətlərinə bахılmаsı, оnlаrın qəbulu işi ciddi nəzarətdə saxlanılmaqla, 913 vətəndaş qəbul edilib. Müraciətlərin 2230 Nаzirliyin və Bаş İdаrənin rəhbərliyi tərəfindən nəzаrətə götürülüb.

Məruzə ətrafı çıxışlarda Bakı şəhər BPİ-nin və rayon polis idarələrinin rəisləri əldə olunan müsbət nəticələrlə yanaşı, əməliyyat-xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqları qeyd edərək, onların aradan qaldırılması üçün təsirli tədbirlərin həyata keçiriləcəyinə söz veriblər.

Baş İdarə rəisi paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki dövrlə müqayisədə xeyli azaldığını xüsusi vurğulayıb.

O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun konkret tapşırıq və tövsiyələrini çatdırıb, nöqsanların aradan qaldırılması yollarını göstərib.

Müşavirəyə yekun vuran polis general-mayoru Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin rəhbərliyini, şəxsən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovu əmin edib ki, paytaxt polisi bundan sonra da şəhər ərazisində cinayətkarlıqla qətiyyətli mübarizəni əzmlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın, ictimai asayişin nümunəvi təmini istiqamətində qarşıya qoyulan bütün tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə, peşəkarlıqla yerinə yetirəcək.




İmza:

Azərbaycan icması ilə görüşdə Cəlil Məmmədquluzadə nəslinin davamçıları da iştirak edib

Vüqar Rəhimzadə : Azərbaycan Prezidenti Paşinyanın iddialarını darmadağın etdi

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri ABŞ Konqresinə etiraz məktubu göndərib

Deputat : Şərq-Qərb qovşağında yerləşən Azərbaycan tolerantlıq, beynəlxalq tədbirlərin keçirildiyi məkandır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir

Azərbaycan Milli Aviasiya Akademiyası mexanik və avioniklərin hazırlığı üzrə yeni kurslar açır

2 minədək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin görüşü olub

Nazir müavini : Türk Şurası ölkələri təşkilatın tam fəaliyyətini təmin edəcək sənədlər imzalayıb

İlham Əliyev və Mehriban Əliyeva Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub

Əgər şagird burdan-bura məktəbə gedə bilmirsə, Çinə necə getsin? - Eminquey yazır

SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK