deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib Adalet.az | Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Dövlət Gömrük Komitəsinin Akademiyası “Məzun Günü” keçirib

2377    |   2019-07-10 16:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin Akademiyasını 2018-2019-cu tədris ilində bitirən tələbələr üçün "Məzun Günü” keçirilib.

Komitədən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri və idarə rəisləri, Akademiya rəhbərliyi, dövlət və hökumət nümayəndələri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, bir sıra ali təhsil müəssisələrinin rektorları və valideynlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən davamlı inkişaf strategiyası nəticəsində bütün sahələrdə olduğu kimi, təhsil sistemində mütərəqqi islahatlar, innovativ yeniliklər reallaşdırılır, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının beynəlxalq standartlara uyğun hazırlanması təhsilin keyfiyyət göstəricilərini yüksəldir. Birinci vitse-prezident Mehriban Əliyevanın elmə, təhsilə verdiyi dəstəyi də xüsusi vurğulayan Səfər Mehdiyev qeyd edib ki, bu gün gənclərimiz istənilən ali təhsil müəssisələrində müasir standartlara uyğun şəkildə təhsil ala bilirlər.

Komitə sədri Dövlət Gömrük Komitəsinin Akademiyasının sayca ikinci məzun gününü qeyd etməsini, məzunların ən mötəbər universitetlərdə magistr pilləsinə qəbul olunmasını yüksək qiymətləndirib və istər təhsil, istər gələcək karyeralarında vətənə, müstəqil dövlətimizə sədaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.

Bu ali təhsil ocağının uğurlarından söz açan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov bildirib ki, Akademiyanı 45 məzun bitirir və əksəriyyəti qəbul zamanı 600-dən çox bal toplayıb.

Akademiyanın rəisi qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycanda bütün sahələrdə olduğu kimi gömrük orqanlarında da köklü islahatlar aparılır və bu islahatların uğurla reallaşdırılmasında ixtisaslı kadrlara da ehtiyac var. Bu baxımdan da Dövlət Gömrük Komitəsinin Akademiyası insan kapitalının yetişdirilməsi yolunda mühüm bir misiyanı yerinə yetirir.

Qulu Novruzov Akademiyada yüksək təhsil mühitinin yaradılmasına görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış edərək 5 il əvvəl fəaliyyətə başlamasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Akademiyasının qısa zaman kəsiyində ölkənin nüfuzlu təhsil ocaqlarından birinə çevrildiyini vurğulayıb, gələcəkdə yeni nailiyyətlər əldə olunacağına əminliklərini ifadə edib və məzunlara uğurlar arzulayıblar. Daha sonra məzunlara diplomlar təqdim olunub.

Akademiya birincisi olan "Hüquqşünaslıq" ixtisası üzrə məzun Böyükağa Qasımov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən təltif edilib.

"Tələbəlik illəri ərzində aktiv fəaliyyətinə görə” isə 5 məzun mükafatlandırılıb. Məzunlara rəmzi diplomlarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli, millət vəkillləri-Nizami Cəfərov, Vahid Əhmədov, Elman Nəsirov, Fazil Qəzənfəroğlu, Musa Qasımlı, Qənirə Paşayeva, Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov təqdim ediblər.

Sonra "Məzun Günü” bədii hissə ilə davam edib.




İmza:

ADU-da müəllimlər üçün təlim yekunlaşdı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

51 abituriyentin qiymətində dəyişiklik edildi

Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Nazir müavini: "Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa..."

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!”

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci olub

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK