adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
10 Iyul 2019 12:47
62799
MƏMLƏKƏT
A- A+

VAQİF QARAYEV,

Tanınmışlardan bir xanım urinoterapiyanın (sidiklə müalicə) hesabına cavan qaldığını iddia edib. Və millət xanımın bu metodundan istifadə etmək istəyir, kütləvi surətdə saysız-hesabsız suallar gəlir.

Sübutlu təbabətdə belə bir şey yoxdur!!!

Başqa heç nə demək istəmirəm…

20 il əvvəl Təcili Yardımda çalışırdım. İki yaşlı uşağı ağır yalançı inaq tutması ilə (uşaq həyatı üçün çox təhlükəli vəziyyətdi) şəhərdəki xəstəxanaların birinə apardıq. Yolda tıxac var, yaşlı sürücü çox əsəbidi və deyir, mən başa düşmürəm bu uşağı xəstəxanaya niyə aparırsan? Sidiyini ver içsin, bitsin hər şey.

Ana bunu eşidən kimi xəstəxanaya getməkdən imtina edir. Mənim bu vəziyyətin nə qədər təhlükəli olduğu barədə dediklərimi unudur və sidik haqqında düşünür.

Yenə sürücü sağ olsun, anaya dedi ki, sənin uşağın çox ağırdı, bunu sidik sağaltmaz, aparaq xəstəxanaya.

Dəhşət o idi ki, ana sürücüyə inanır, mənə yox.

REDAKSİYADAN: Hörmətli Vaqif həkim, dəhşət o deyil ey, dəhşət odur ki, millət o xanıma inana, başlaya sidik içməyə, şəhər sidik iyi verə.