adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
10 Iyul 2019 11:12
19465
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: GETDİM

Başımı alıb əlimə
çıxıb getdim...
Nə sığışdısa qəlibə-
yığıb , getdim...

Hakim olan andan kədər
İlahi, gör mən nə qədər
Ümid evini lap hədər -
yıxıb getdim...

Tərpədir bir pəl vidanı
Gecikdirmə, gəl, vidanı...
Mən dişimlə əlvidanı -
sıxıb getdim!

Bu, şeir həvəsi kimi,
Oynatdı , nəvəsi kimi?!
Mən bir eşq dəvəsi kimi-
xıxıb getdim...