Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Ərdoğan: “Abdulla Gül və Əhməd Davudoğludan incimişəm” Adalet.az | Ərdoğan: “Abdulla Gül və Əhməd Davudoğludan incimişəm” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Ərdoğan: “Abdulla Gül və Əhməd Davudoğludan incimişəm”

12712    |   2019-07-10 10:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mən Əli Babacana Ədalət və İnkişaf Partiyasında (AKP) məsləhətçi vəzifəsi təklif elədim, qəbul etmədi. Daha əvvəl isə Özbəkistan prezidenti Türkiyədən köməkçi istədi, Əli bəy bu təklifimə də müsbət cavab vermədi”.

Bunu Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan iki gün öncə AKP-nin qurucularından olan keçmiş nazir Əli Babacanın partiyadan istefa verməsinə münasibət bildirərkən deyib.

Ərdoğan Əli Babacandan yeni partiya qurub-qurmayacaqlarını soruşduğunu bildirib: "O, hazırda bunu düşünmədiklərini, amma bir platforma üzərində çalışdıqlarını söylədi. Mən də "Yolunuz açıq olsun”, - dedim. Əlavə etdim ki, bu hərəkətlə bir şey əldə etməyəcəklər, apardığımız birgə mübarizədən çəkilmək düzgün deyil. Onunla biz bəzi mövzularda, o cümlədən faiz mövzusunda da anlaşmırdıq. Milləti parçalamaq olmaz”.

Ərdoğan keçmiş prezident Abdulla Gül və keçmiş baş nazir Əhməd Davudoğlu ilə yollarının ayrılmasından da danışıb: "Baş nazir, prezident postunda olmuş şəxslərin haradan hara gəldiklərini görürük. Bu yola başlayarkən hər şey yaxşı idi, ancaqvəzifədən ayrıldıqdan sonra mənsub olduqları partiyaya üz çevirirlər”.

Türkiyə prezidenti "Babacan, Davudoğlu və Güldən inciksinizmi?” sualına "Onlardan inciməyib, kimdən inciyəcəyik? Onlar yeni sistemi, seçkiləri dəstəkləmədilər”, - şəklində cavab verib.

Ərdoğan İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş Binəli Yıldırıımla mübarizə yoldaşı olduqlarını, ona vəzifə verilməsinin nəzərdə tutulduğunu vurğulayıb.(apa)




İmza:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Zakir Həsənov NATO admiralı ilə görüşdü

Ərdoğan Bakı görüşü barədə: “Artıq beş dövlət, bir millətik”

Tahir Rzayev: "“Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın..."

“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan

Prezident: “Nazarbayevin Türk dünyasında böyük xidmətləri var” - VİDEO

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

“Torpaqların işğaldan azad edilməsi üçün zəmin hazırlanır” - İcma sədri

XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb

Milli birlik varsa qələbə də olacaq

MÜSAVAT BAŞQAN SEÇİR, BAŞQA PARTİYALAR YAXASINI CIRIR

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK