adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Iyul 2019 17:40
5341
HADİSƏ
A- A+

Sumqayıt bulvarında Xəzərə düşən şəxs xilas edildi

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.