hacklink Adalet.az | Yeni yol nişanları ilə bağlı dəyişikliklər II oxunuşda qəbul edildi Adalet.az | Yeni yol nişanları ilə bağlı dəyişikliklər II oxunuşda qəbul edildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yeni yol nişanları ilə bağlı dəyişikliklər II oxunuşda qəbul edildi

4445    |   2019-07-09 13:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda yol hərəkətinin səmərəli şəkildə təşkili və yol hərəkəti iştrakçılarının təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi üçün "Üfüqi nişanlanma qrupu”na yeni nişanlanma xətti - "sarı kəsişmə toru” daxil edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Hazırda üfüqi nişanlanma xətlərinə ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi zolaqlar daxildir.

Yeni layihədə isə bu zolaqlarla yanaşı, "əlil” tanınma nişanı ilə təchiz edilən nəqliyyat vasitələri üçün ayrılmış duracaq yerini göstərən nişanlanma xətləri və yolun hərəkət hissələrinin kəsişmə yerini göstərən nişanlanma xətləri əlavə edilib.

Hazırkı qanuna görə, yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrininin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və kəsişmə yerlərinə girməsi qadağandır.

Yeni layihəyə görə isə sadalanan hallarda sürücünün qeyd edilən yolayrıcına və 1.25 nişanlanması ilə göstərilmiş, yəni "sarı kəsişmə toru” olan yerlərə daxil olması qadağandır.

Yolayrıcının "sarı kəsişmə toru” ilə işarələnməsi həm sürücülərin bu qaydaya daha ciddi riayət etməsinə, həm də bu sahədə törədilən inzibati xəta hallarının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinə, müvafiq cərimələrin tətbiqinə imkan verəcək, yol ayrıcılarında qəzaların baş vermə ehtimalını azaldacaq.

Qeyd edək ki, bu yol nişanlanması hazırda nəqliyyat infrastrukturunun sürətli inkişaf etdiyi Böyük Britaniya, Türkiyə, Kanada, İndoneziya, Sinqapur, Rusiya kimi ölkələrdə, ABŞ-ın bir çox ştatlarında uğurla tətbiq edilir.

Layihədə təklif edilən digər yenilik "Məlumatverici-göstərici nişanlar" qrupuna "Daimi sağa dönmə!” nişanının əlavə edilməsi olub.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.




İmza:

Müdafiə Nazirliyində kollegiya iclası keçirilib

Bu partiyalar növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edib

İlham Əliyev : Azərbaycanın inkişafı bizim enerji sektorundan əldə etdiyimiz gəlirlər olmadan mümkün olmazdı

Elmar Məmmədyarov Riqaya rəsmi səfərə gedib

Rauf Qərib Alagöz: 200-300 manata görə yandırılan milyonlar

Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub

İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Elmar Məmmədyarov : Azərbaycan Niderlandı yaxın müttəfiqi və etibarlı tərəfdaşı hesab edir

“İndi bunu kimə deyirsən, nə öz yerindədir ki, bu da öz yerində ola?”

Mikayıl Gözəlov öldürülməsəydi...

Ramiz Mehdiyev İlham Əliyev haqqında məqalə yazdı

Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə zəruri yardım göstərməkdədir

SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK