Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Parlament hansı hallarda buraxıla bilər? - Deputat AYDINLIQ GƏTİRDİ Adalet.az | Parlament hansı hallarda buraxıla bilər? - Deputat AYDINLIQ GƏTİRDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Parlament hansı hallarda buraxıla bilər? - Deputat AYDINLIQ GƏTİRDİ

12673    |   2019-07-09 12:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin deputatlarının hələ də məzuniyyətə getməməsi, bu il növbədənkənar iclasların sayının əvvəlki illərlə müqayisədə çox olması parlamentlə bağlı bəzi iddialara yol açıb.

AncaqMilli Məclisin vaxtından əvvəl buraxılacağı barədə yayılan söz-söhbətə cavab olaraq həm hakimiyyət nümayəndələri, həm də parlament rəsmiləri bildiriblər ki, Azərbaycan Respublikasındaqanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisə növbəti seçkilər gələn il – 2020-də keçiriləcək.


Bəs ümumiyyətlə, parlament hansı hallarda buraxıla bilər?


Modern.az-ın bu qəbildən olan suallarını Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov cavablandırıb.

Deputat bildirib ki, ümumiyyətlə parlamentin buraxılması müzakirə mövzusu deyil:


"Parlamentin buraxılacağı ilə bağlı iddiaların heç bir qanuna söykənən əsası yoxdur və şayiələrdən ibarətdir. Müxtəlif qruplar oturub nə isə fikirləşir və bunu ictimailəşdirərək, dezinformasiya yayılmasına yol açırlar. Faktiki olaraq Milli Məclis öz işini davam etdirir və hazırda belə bir məsələ gündəmdə deyil.”.

V.Əhmədov şayiələrin nədən qaynaqlandığını da izah edib:

"Həmişə iyunun 30-na qədər Milli Məclisin iclasları yekunlaşdırılırdı və deputatlar bundan sonra tətilə gedirdi. Bu il isə vaxt uzadılıb. Məsələ burasındadır ki, biz əvvəllər qanunları ilk oxunuşda qəbul edirdik, işlər də sürətli gedirdi. Amma indi elə qanunlar və dəyişikliklər var ki, biz onu üç oxunuşda qəbul edirik. Məsələn, bugünkü iclasda 30-a yaxın qanun üçüncü oxunuşda qəbul olunacaq. Bütün bunlar üçün çox vaxt sərf olunur. Həm plenar iclaslarda, həm komitə iclaslarında gedən müzakirələrin çoxluğu səbəbindən çatdıra bilmirik. Ona görə də bu qanunların qəbulu üçün əlavə vaxt təyin olundu ki, növbəti mövsümə qalmasın. Yəni bunun başqa səbəbi yoxdur. Parlament normal işləyir, qanunları qəbul edir, ölkədəki islahatları dəstəkləyir. Ona görə də parlamentin buraxılması iddialarının heç bir qanuni bazası yoxdur”.

Deputat parlamentin hansı hallarda buraxılacağına da aydınlıq gətirib:

"Parlament seçkili orqandır, buraxılması seçicilərin narazılıqları və tələbilə reallaşa bilər. Eyni zamanda, Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə Prezidentə parlamenti buraxmaq, ona növbədənkənar seçki təyin etmək səlahiyyəti verilib. Amma Prezidentin parlamenti buraxması üçün xüsusi hallar nəzərdə tutulub. Əgər parlament il ərzində iki dəfə Nazirlər Kabinetinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə etimadsızlıq götərərsə, Prezident parlamenti buraxa bilər. Bir də Konstitusiyada belə bir maddə var ki, təqdim edilən layihələrə 20 gün ərzində baxılmazsa və 14 gün müddətinə təsdiq olunmazsa, Prezident parlamenti buraxa bilər. Milli Məclisdə isə belə hallar baş verməyib”.




İmza:

İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrini qəbul edib - YENİLƏNİB

Zakir Həsənov NATO admiralı ilə görüşdü

Ərdoğan Bakı görüşü barədə: “Artıq beş dövlət, bir millətik”

Tahir Rzayev: "“Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın..."

“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan

Prezident: “Nazarbayevin Türk dünyasında böyük xidmətləri var” - VİDEO

Bakıda Türk Şurasının VII Zirvə Görüşü keçirilib - YENİLƏNİB

Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirinə başsağlığı verib

“Torpaqların işğaldan azad edilməsi üçün zəmin hazırlanır” - İcma sədri

XİN: İsveçrənin “Kuhner Fondu”nun üzvlərinin adı "qara siyahı"dan çıxarılıb

Milli birlik varsa qələbə də olacaq

MÜSAVAT BAŞQAN SEÇİR, BAŞQA PARTİYALAR YAXASINI CIRIR

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK