adalet.az header logo
  • Bakı 12°C

Bunun adı məsuliyyətsizlik deyilsə onda nədir? - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
102389 | 2019-07-11 09:52

Bu gün səhər, yəni iyulun9-da, baş verən qorxunc qəzaxəbəri haqda yazmaq istədim.

Fikirlərim allaq-bulaqdır amma, qəza yerindənşəkil və videolara baxınca, yazmaq istədim.

"Bu gün səhər (iyulun 9-da) Masallıda"Mersedes Vito" markalı mikroavtobus yükmaşını ilə toqquşub. Qəza nəticəsində, Əlizahir Atalı oğluTağıyev (2002), Əsgər Yaqub oğlu Rzayev (1983), Hikmət Əsgər oğlu Rzayev(2002), Azər Əsgər oğlu Rzayev (2008), Ayxan Natiq oğlu Rufullayev (2016),Məmmədova Gültac Ələkbər qızı (1996), Məmmədova Aytac Ələkbər qızı (1995) vəMəmmədov Elgün Ələkbər oğlu (1997) həyatını itirib.Qəzada ağır yaralanan Lerik rayonu Kəlvəzkənd sakini, 1995-ci il təvəllüdlü Miranə Atalı qızı Tağıyeva hazırdareanimasiyadadır." (APA) "Mersedes Vito" -da olanlar toya gedirmişlər.

Qısa arayış.

Qəza niyə baş verib? Sürücünün dediyinəgörə "Saatda 110-120 sürətlə hərəkətdə imiş. Bu zaman yanındakı ondan yastıqistəyib, yastığa başı qarışıb və avtomobil yoldan çıxıb, yığışdıra bilməyib vəyük maşınına çırpılıb”... Əslini istintaq ortaya qoyacaq yəqin ki.

İlkin məlumat üçün ən qəribəsi: Məsələdəcavabdeh qurumlardan biri olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti açıqlamayayır ki,

"Bakı-Lerik istiqamətində hərəkət edən vəQEYRİ-QANUNİ sərnişindaşıma fəaliyyəti göstərən Lerik rayon sakini NizamiMustafayevə məxsus "Mercedes Vito" markalı avtonəqliyyat vasitəsi bugün səhər saatlarında Masallı şəhəri yaxınlığında yük avtomobili ilə toqquşub.Qəza nəticəsində 8 nəfər dünyasını dəyişib. Dəfələrlə sərnişinlərimizə müntəzəmqanuni daşımalardan istifadə edərək, ancaq avtovağzal və avtostansiyalardanhərəkət edən avtobuslardan istifadə etmələrinin vacib olduğu bildirilsə də,sərnişinlər təəssüflər olsun ki, mənzil başına daha tez çatmaq bəhanəsilə bucür qeyri-qanuni daşımalardan istifadə edirlər."

Bu açıqlamanın anlamı nədir? Yəni belə çıxır ki,günah sərnişinlərdədir, bizim işimiz deməkdir, onu da demişik? Yəni ki, bizbilirik, qeyri-qanuni daşımalar var və sərnişinlərə də bunu demişik, bundan otərəfəsi bizlik deyil?

Hansı sərnişinə necə deyilib bu? Ölən o 8 nəfər, bu adamın sərnişin daşmasəlahiyyətinin olmamasından və ümumiyyətlə, o "səlahiyyət” deyilən şeyin nəolmasından dəqiq xəbərdar idilərmi?

Dəhşətdir... Açıqlamaya baxsanız - Sərnişinlərmənzil başına daha tez çatmaq BƏHANƏSİ ilə... Bəhanə ee.

Deməli, belə çıxır ki, kim istəsə xəttə çıxa bilər,insanları maşınına doldurub sərnişindaşıma ilə məşğul ola bilər. Qəza olanakimi yol açıqdır. Elə ki, qəza oldu, məlum olacaq ki, sən demə, qanunsuzsərnişin daşıma ilə məşğul imiş.

İzah edə bilərsinizmi, adamların qeyri-qanunidaşıma ilə məşğul olduqları niyə ancaq belə ağır qəzalar və ölüm-itim olandansonra ortaya çıxır? Əgər aidiyyatı qurumlar ölümdən sonra işin qanuni olubolmadığını araşdırmağa məsuldurlarsa, biz suaaq, yox əgər ölüm olmamasınaməsuldurlarsa, o zaman açıqlama qaçılmazdır...

İkinci məlumatda qəzanı törədən sürücüdanışır. Cavan adamdır. Özünə heç nəolmayıb, ancaq dodağı partlayıb kimi görünür.Deyir: "Bakı-Lerik arası sərnişin daşıyıram. Bakı şəhəravtovağzalından çıxmışam.”

DANX bununla bağlı rəsmi hər hansı açıqlama verməsədə, sosial şəbəkədə nümayəndələri sürücünü yalan danışmaqda ittiham edir vəbildirirlər ki, "avtovağzaldan belə maşın çıxa bilməz”... Kimin düz dediyiniistintaqa buraxaq.

Yaxşı, deyək ki, avtovağzaldan çıxdı, yaxud daavtovağzalın içindən yox, yaxınlıqdakı Biləcəridən çıxdı. Bu adam Masallıyagedənə kimi yollarda bu qədər post keçib. Necə olub ki, günün günorta çağı heçbir qayda pozuntusu etmədiyin halda, səni saxlayıb yarım saat sorğu-sual edən postlarımızınheç birində, mütəmadi olaraq sərnişin daşıyan bu adamın, bir dəfə də olsun sənədləriyoxlanmayıb?... bunu da buraxaq istintaqın gedişinə..

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-PatrulXidməti şöbəsinin rəisi Kamran Əliyev deyib ki, "Masallı rayonunda səkkiznəfərin ölümünə səbəb olan dəhşətli yol-nəqliyyat hadisəsini törədən şəxs qanunsuzfəaliyyət göstərməyib". Sürücü B kateqoriyası ilə avtomobil idarə edib.Onun qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu barədə məlumatyanlışdır. Bizim araşdırmamız zamanı məlum oldu ki, sürücü taksifəaliyyəti ilə məşğul olmaq üçün Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanıalıb.Kamera görüntüləri sübut edir ki, sürücü gecə saat 03:40 radələrindəpaytaxta daxil olur, bir saat sonra yola çıxır. Bu hadisənin də baş verməsinə səbəb,sürücünün dincəlməməsi, yorğun olması, diqqətini itirməsidir".Şöbərəisi həmçinin qeyd edib ki, mətbuatda yayılmış məlumatlara rəğmən, qəzanıtörədən "Mercedes Benz Vito" mikroavtobus yox, minik maşınıdır.”

Bakı Nəqliyyat Agentliyi də məsələyə açıqlamasındabəyan edir ki,

"Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlətqeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisiMustafayev Nizami Malik oğluna taksi fəaliyyətinin həyata keçirilməsi üçün "Fərqlənmə nişanının verilməsi qüvvədə olannormativ hüquqi aktların tələblərinə uyğun olub. Vətəndaş NizamiMustafayevin Bakı NəqliyyatAgentliyindən aldığı"Fərqlənmə nişanı ona Bakışəhərinininzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olmağa izacə verir. Sürücünün Bakışəhərinininzibati ərazisi hüdudlarından kənarda bu "Fərqlənmə nişanı ilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olması isə qanunsuzdur.”

Həmişə olduğu kimi qurumların bir-biri iləpaslaşması başlayır. Heç bir qurum günah keçisi olmaq istəmir. Əslində günahı hardaaxtaraq? Bunu da buraxaq istintaqın gedişinə....

Məhz bu qəzanın dəqiq hansı səbəbdən baş verməsi hələki məlum deyilvə heç məlum da olmayacaq. Həmişə olduğu kimi "idarəetməni itirdi, qəzaoldu və öldülər"lə məsələ xətm olunacaq...

Bu günə kimi heç eşitdiniz və ya gördünüzmü ki, hansısa qəzanınsəbəbi araşdırılsın və həmin o idarəetmənin itməsinə nəyin səbəb olduğuaçıqlansın? Yox. Eşitməyəcəksiniz də. Çünki... çünkisi də yoxdu ki, bu işin.Eləcənə yoxdur, vəssalam.

Bir ƏSAS məsələ də var.

Bu qorxunc qəzanın baş verdiyi yolda sürücülərin nə hoqqadançıxdıqlarını elə facebook və instaqramdan asanlıqla görmək mümkündür. Həminyolda 150-160 sürətllə "uçanların" canlı yayımlarında dediklərinəəsasən, yolda nə bir radar, nə də yol polisi yoxdur.

Ağıllı bildiklərimizdən bu yana daha kimlər o yolda sürət həddininaşmasını göstərən şəkillər, videolar paylaşmadı ki bu yolda?

Bəli, nə qədər maraqlı görünsə də daim yol polisinin və radarlarınçoxluğundan şikayətlənən yurdumun insanının başında Domokl qılıncı olmasa, onunbeyni işləmir.

Bizim sürücülər sürəti ancaq polisə və radara görə nizamlayırlar. Nəevdə onları gözləyən anaları, nə övladları nə də heç bir əzizləri o angözlərinə görünmür. Bir daha onları görə bilməmək qorxusu, əndişəsi yaşamırlar.Bu düşüncəli insanlardan nə gözləməkolar ki?

Ən maraqlı olanı - yol hərəkəti qaydalarını kobud şəkildə pozduğunu,sosial şəbəkələrdə, özü fəxrlə nümayiş etdirən minlərlə insandan bir nəfəriməsuliyyətə cəlb olunmur. Heç kimi çağırıb soruşan yoxdur ki, "ay hörmətlimüəllim, yolda o nə hoqqadır çıxarmısız və hələ üstəlik fəxrlə dəpaylaşmısınız? "Bunun adı hər iki tərəf üçün məsuliyyətsizlik deyilsə ondanədir?

Ümumiyyətlə, ağlı başında olan bir adam, sükan arxasında canlı yayımaçıb dinlədiyi mahnını, getdiyi sürəti niyə nümayiş etdirsin və ya"Dostlar, gəlin söhbət edək, nə var, nə yox" söhbəti etsin ki?


Dostlar da qoşulsun söhbətə və tam bir bazar lövhəsi. "Məllim, sürətin zorduhaaa” -deyib daha da qaza gətirsinlər sürəni... Məsuliyyətsizlik deyilsə, nədirbunun adı?

Qorxunc sonucla bitən qəza hadisələri yollarımızda az qala adi halaçevrilib. İstər şəhərin içində, istər rayonlar arası yollarda hələ rəsmiişıqlandırılanların sayı-hesabı yoxdur.

Baxmayın ki, il sonunda Statistika Komitəsinin və ya DYP-ninhesabatlarında heç nizamını pozmayan bu cümlə həmişə var: "... görülənişlər və keçirilən tədbirlər nəticəsində ötən illə müqayisədə qəzaların sayıfilan qədər, qəzalarda ölən və yaralananların sayı ötən ilin eyni dövrü iləmüqayisədə filan qədər azdır..."

Doğrudanmı azdır? Siz buazalmanı hiss edirsinizmi?

Bu suallara rəqəmlərin öz, fərdlərin öz cavabı ola bilər. Oxuduğum buqədər qəza xəbərləri, sükan arxasında olarkən yollarda müşahidə etdiyim buqədər xaos, bir fərd kimi mənə "bəli, azdır" deməyə əsas vermir,.. sizəbilmirəm...

Görəsən yollarda niyə qırılıb batırıq? Zənnimcə, bunun ƏN ƏSAS birsəbəbi var,MƏSULİYYƏTSİZLİK. Biz ya məsuliyyətimizi itirmişik ya da o bizəilahidən verilməyib....

Cəmiyyətdə "məndən ötsün, xalama dəysin" prinsipini üstüntutduğumuz üçün sanki heç kim başqasının həyatını düşünmür.

Yollarda sürətdən həzz alan insan elementar olaraq bilmir ki, onunidarə etdiyi avtomobilin gücü hansı sürət aralığındadır və onun öz beyinreaksiyası hansı sürətdə işləməyə qadirdir? Getdiyi yoldakı asfalt örtüyü,yolun vəziyyəti, havanın temperaturu təzyiqlə sürət arasında hansı aralıqdabalans yarada bilər?

Yolda 150-160 la "yehuuuuu" edən adamlar düşünmür ki, osürətlə təkərin altına düşə biləcək kiçicik bir maneədən yaxud qarşılarına çıxabiləcək it-pişikdən yayınmaq istəsələr sükan onların sözünə hansı sürətə kimibaxa bilər? Ani əyləcləmə etsələr nə baş verə bilər?

Bəli, hər bir sürücünün bilməli olduğu ən elementar, ən sıradanşeylər haqda bilgisi olmayan insanlar istədikləri kateqoriyada"prava" alırlar və insan daşıyırlar. Nə o sənədi verənin, nə də alanın ruhu zərrəqədər incimir. Əvəzində günahsız insanlar qurban olurlar, yollar qan gölünədönür. Bunun adı məsuliyyətsizlik deyil, bəs nədir?

Qırılırıq yollarda. Günahsız insanlar yaşamını itirir. Bir halda ki, məsələniqanunla nizamlamaq mümkünsüzdür, o zaman qanunsuz tərəfini ağırlaşdırın o"ölüm sənədlərinin". Elə bir qiymət qoyun ki, hamı ala bilməsin. Vəsiqəni12 minə, texniki baxışı 300-500 manata qaldırın. Bu ki, mümkündür.Onsuz daqazanc eyni qazanc olacaq, barı ölənlərin sayı azalsın. Yazıqdır bu millət. Yollardaqırılıb batmasına bu qədər göz yummayın.

Ola bilər ki, xəbərin təsirindən fikirlərimin nizamı pozulub. Ammasükan arxasında olan və yollarda nə baş verdiyini hər gün müşahidə edən birinsan kimi içimdən keçənlərideməsəm olmazdı...

İanıramki, bir gün vicdanımızın səsi qulaqlarımızı batıracaq. O gün mütləq gələcək.Göz yumduqlarımız, əzizlərimizin həyatımızı donduracaq və biz heç nə edə bilməyəcəyik.Ölən o 8 nəfər kimi...


TƏQVİM / ARXİV