hacklink Adalet.az | Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı Adalet.az | Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı

26347    |   2019-07-09 11:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağstafada tarixi abidənin sökülməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

Onun sözlərinə görə, araşdırımların sonunda müvafiq addımlar atılacaq: "Hazırda Ağstafa rayonu ərazisində olan tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq".

F.Hüseynov əlavə edib ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb: "Bu səbəbdən də həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb".

Qeyd edək ki, 2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Ağstafa rayonunda tapdıqları Neolit dövrünə aid qədim yaşayış sahəsi bu günlərdə kimliyi bilinməyən şəxslər tərəfindən dağıdılaraq məhv edilib.




İmza:

Teatr Festivalında - Kimdir müqəssir?

Bayram Bayramov doğum günüdür - 101 yaş

Heyranlarının sayını itirən “Şəki pitisi”

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

Erməniləri, Mərkəzi Komitəni qəzəbləndirən xalq artistimiz - VİDEO

Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı

Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO