adalet.az header logo
  • Bakı 18°C
09 Iyul 2019 10:49
17553
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Bir İSMARIŞ şeiri





















İlahi, özümdən yıxıldım qəfil
Bir baxış qımışdı yıxılmağıma...
İstəyə çatmış tək baxırdı adam -
Mənim göz önündə sıxılmağıma...

İçim çilikləndi- şüşə tək ... pul- pul...
Qaldı bir ümidim ürəyimdə dul!
Mən indi həyatı tikələnmiş qul -
Kimsə əl uzatmır -
yığılmağıma!..

Yenə ağrı gəlir - sinəm geyişir
Kədərlə sevincim sazsız deyişir...
Adlı siyahılar hər gün dəyişir -
Mən də alışıram çıxılmağıma...

Bu nə giley deyil, nə də ki , qeybət
Bu - yerə, bu - göyə !- heyrətdi, heyrət!..
Durub Əbülfəti sıradan seyrəlt -
Birləşin, ya tək - tək çıxın axrıma!