hacklink Adalet.az | Mənzil bazarında qiymətlər DƏYİŞİB Adalet.az | Mənzil bazarında qiymətlər DƏYİŞİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Mənzil bazarında qiymətlər DƏYİŞİB

4936    |   2019-07-09 10:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yay mövsümündə bir çox sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da canlanma müşahidə olunur. Bu isə öz növbəsində tikinti materialları bazarına da təsir edir.
Daşınmaz əmlak bazarında hazırkı qiymətər necədir?

"Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Modern.az-a deyib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlərdə nisbi artımlar müşahidə olunur.


"Amma qiymət artımları nisbi xarakter daşıyır. Bu, əsasən qiyməti 120 min manatdan aşağı olan mənzillərin hesabına baş verib. İpoteka kreditləşməsinə cəlb oluna bilən və ümumilikdə nağd əməliyyatlar üzrə xüsusi çəkisi daha yuxarı olan mənzillərin qiymətində nisbi artım var. Amma bütünlükdə bazar üzrə dinamikanı qənaətbəxş hesab etmək olmaz. Bazar üzrə ümumi dinamika ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır. Yəni istər əməliyyatların sayında, istər bazara müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmalar var. Bu, bir tərəfdən ipoteka kreditlərinin həcminin azalması, təkliflərin təxminən ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşməsi, digər tərəfdən də nağd pul kütləsinin qismən məhdudlaşdırılması nəticəsində baş verib. Nağd əməliyyatların sayında da ötən il ilə müqayisədə azalma müşahidə olunub”.

Ekspert bildirib ki, torpaq sahələrinin qiymətində nisbi artım var.

"Torpaq bazarında müəyyən aktivlik müşahidə olunur. Bu da mövsümlə əlaqəli bir dəyişimdir, həm fərdi yaşayış evlərinə tələbat artıb, həm də torpaq sahələrinə tələbdə artım var. Bu da qiymətə təsir edən amillərdəndir”.

"Tikinti materiallarının qiyməti artır”

Ramil Osmanlı deyib ki, bəzi tikinti materiallarının qiymətində də artım müşahidə olunur.

"Xüsusilə taxtanın qiymətində artım var. Bu da mövsümlə əlaqələlidir. Təklif portfelinin azalması, tələbin artımı qiymətlərlərin yüksəlməsinə səbəb olur. Taxta Azərbaycana əsasən Rusiyadan idxal olunduğuna görə, yay fəslində taxtanın emalı azalır. Emalın azalması təklifin azalmasına gətirib çıxarır. Bazarda digər tikinti materiallarının qiyməti də artır”.

"Kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb”

Kirayə mənzil bazarı ilə bağlı sualları cavablandıran ekspert bildirib ki, hər il iyun ayından iyul ayının sonuna qədər kirayə mənzil bazarında durğunluq olur:

"Bu durğunluq əsasən tələbələrin getməsi ilə bağlıdır. Hazırda təklif azaldığı üçün kirayə mənzil bazarında qiymətlərin 10-15 faiz azalması müşahidə olunur. Bu qısamüddətli bir dövrü əhatə edir, yəqin ki, avqust ayının ortalarından etibarən qiymətlər yenidən artacaq”.

"Vəziyyəti yaxşı olan bağlar 1000-1500 manata icarəyə verilir”

"Bağ evlərinin kirayəsində isə qiymət artımı var” – deyən Ramil Osmanlı, bildirib ki, qış mövsümu ilə müqayisədə bağ evlərinin qiyməti 3 dəfəyə yaxın artıb:


"Bu da hər il üçün xarakterik olan bir prosesdir. Bağ mövsümünə maraq göstərənlər müxtəlif təbəqələrdən olur. Əsasən dincəlmək üçün xaricə və regionlara getmək imkanı olmayan, tətil müddəti məhdud, ailə tərkibi geniş olan insanlar daha çox Bakı və Bakıətrafı ərazilərdə dincəlməyə üstünlük verirlər. Belə tələbin olması da qiymətlərə təsir edir. Mərdəkan, Şüvəlan, Novxanı bağlarında qiymət artımı daha çoxdur. Yay ərəfəsində vəziyyəti yaxşı olan bağlar təxminən 1000-1500 manata icarəyə verilir”.




İmza:

Sumqayıtda istehlaka yararsız 227 kq ət məhv edildi - FOTO

İlham Əliyev və birinci xanım Şamaxıda ağac əkdi

Xızıda ağacəkmə aksiyası keçirilib

Atəşkəs rejimi 23 dəfə pozuldu

Xaldan-Şəki magistralı və Şəki şəhərinin giriş yolu yenidən qurulur

Xəzər rayonunda avtomobil yollarının yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

Bakıda 5 marşrut xətti müsabiqəyə çıxarılır

Bakıda vəziyyətləri pisləşən tələbələr xəstəxanadan evə buraxıldılar

RƏŞAD MAHMUDOV VƏ MİRCƏLAL KAZİMİ ƏZRAYILA MEYDAN OXUDULAR

Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib - Nazirlər Kabineti

Bakıda məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı

Məleykə Abbaszadə: Dövlət idarəetmə sistemindəki islahatlar standartların dəyişməsinə dəlalət edir

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK