hacklink Adalet.az | Pirallahıda köçkünlər üçün püşkatma keçirilib Adalet.az | Pirallahıda köçkünlər üçün püşkatma keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Pirallahıda köçkünlər üçün püşkatma keçirilib

4665    |   2019-07-08 17:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BakınınPirallahı rayonundasalınmış yeni yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır.

 Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il iyulun 5-də açılış mərasimi keçirilmiş kompleksdə rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 306 məcburi köçkün ailəsinə yeni mənzil veriləcək.

İyulun 8-də Pirallahı rayonunda yeni mənzillərə köçürüləcək məcburi köçkünlər arasında püşkatma keçirilib. Püşkatma onların yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə təzə mənzillərinin dəqiq ünvanını müəyyənləşdiriblər.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Pirallahı rayonunda yeni yaşayış kompleksi dövlətimizin başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən inşa olunub. Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, podratçısı isə "Kristal Abşeron” MTK olan kompleksdə ötən il başlanan tikinti işləri yüksək keyfiyyətlə başa çatdırılıb. Burada ikisi 72, biri isə 162 mənzilli üç doqquzmərtəbəli yaşayış binası və məktəb tikilib. Ərazidə infrastrutur obyektləri inşa olunub, geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib. Bu, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 104-cü müasir yaşayış kompleksidir.




İmza:
SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO