deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Şəkinin Xan Sarayı və tarixi mərkəzi öz layiqli yerini tutdu - Paytaxt sakini Adalet.az | Şəkinin Xan Sarayı və tarixi mərkəzi öz layiqli yerini tutdu - Paytaxt sakini Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Şəkinin Xan Sarayı və tarixi mərkəzi öz layiqli yerini tutdu - Paytaxt sakini

5296    |   2019-07-08 15:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xan Sarayı ilə birgə Şəki şəhərinin tarixi hissəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi şəkililərlə yanaşı, bir paytaxt sakini kimi məni də çox fərəhləndirir. Çünki Şəki bizim də çox istədiyimiz, sevə-sevə getdiyimiz tarixi şəhərlərimizdən biridir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı şəhər sakini, tərcüməçi Kəmalə Seyidova deyib.

Onun sözlərinə görə, Şəkiyə gedib XVIII əsrə aid Aşağı və Yuxarı Karvansarayı, M.F.Axundov muzeyini, "Gələrsən-Görərsən” qalasını, həmçinin "Alban kilsəsi”ni gəzib görməmək mümkün deyil: "Ona görə də düşünürəm ki, Şəkinin Xan Sarayı və tarixi mərkəzi öz layiqli yerini tutdu. Axı Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Bildiyimiz kimi, ilk xanlıq da məhz Şəkidə yaranıb. Xanlığın əsası 1743-cü ildə Hacı Çələbi xan tərəfindən qoyulub və 1806-cı ildə Çar Rusiyası onu işğal edənə qədər mövcud olub. Xanlıq dövründə Şəkinin tərəqqisi yüksək həddə çatmışdı. Bir sıra tarixi abidələr də məhz xanlıq dövründə inşa edilmişdi".

Paytaxt sakini əlavə edib ki, Xan Sarayı Azərbaycanın tarixi memarlıq incilərindəndir. Bu abidə 1763-cü ildə Hacı Çələbi xanın nəvəsi Hüseyn xan tərəfindən inşa edilib və öz unikal görünüşü ilə fərqlənir:

"Şəki tək tarixi abidələri ilə məşhur deyil, həm də tarixi şəxsiyyətlər yurdudur. Məşhur filosof, yazıçı və maarifçi Mirzə Fətəli Axundov, görkəmli yazıçı, dramaturq Sabit Rəhman, dünyaca tanınmış şairimiz Bəxtiyar Vahabzadə, yüksək yumor qabiliyyətinə malik aktyorumuz Lütfəli Abdullayev, Şərqdə ilk opera yazan xanım bəstəkarımız Şəfiqə Axundova, rejissor Rasim Ocaqov və adını çəkmədiyim bir sıra görkəmli şəxsiyyətlərimiz məhz Şəki torpağının yetirmələridir.

Şəki Böyük İpək Yolu marşrutu üzərində yerləşdiyindən burada ipək istehsalı əsas sahələrdən biri olub. 26 noyabr 2014-cü ildə UNESKO-nun Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu iclası çərçivəsində Azərbaycan qadınlarının ipək hicabı - kəlağayı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi".

K.Seyidova bildirir ki, Şəki həm də turistlərin sevdiyi bir məkandır:

"Bu gün Xan Yaylağı, Marxal, Soyuqbulaq istirahət zonaları, Mustafabəyin bağı və başqa adlarla tanınan istirahət mərkəzləri yüksək turist axınına malikdir. Şəki həm də özünəxas mətbəxi ilə digər regionlardan fərqlənir. Belə ki, Şəki halvası, Şəki pitisi bütün dünyada məşhurdur. Arzu edirik ki, Şəkinin məşhur pitisi və halvası da UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilsin".



İmza:
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK