viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Dünya İrs Siyahısına daxil edilməsi gözlənilən mədəni irsin siyahısı açıqlanıb Adalet.az | Dünya İrs Siyahısına daxil edilməsi gözlənilən mədəni irsin siyahısı açıqlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Dünya İrs Siyahısına daxil edilməsi gözlənilən mədəni irsin siyahısı açıqlanıb

5735    |   2019-07-08 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) vardır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaqdır.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, UNESKO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Ümumdünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir.

Qeyd edək ki, iyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunmuş, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınıb. 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.

Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESKO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir.

Bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin təbii davamıdır.

Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunmuşdur. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi faktının özü Azərbaycanın dünya irsi obyektlərinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur.

Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK