Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Polis şəhid ailəsinə təzyiq göstərib? - “Dezinformasiyadır, təxribat xarakteri daşıyır” Adalet.az | Polis şəhid ailəsinə təzyiq göstərib? - “Dezinformasiyadır, təxribat xarakteri daşıyır” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Polis şəhid ailəsinə təzyiq göstərib? - “Dezinformasiyadır, təxribat xarakteri daşıyır”

5737    |   2019-07-08 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) sosial şəbəkələrdə şəhid ailəsinin Xətai rayon 36-cı Polis Bölməsində döyülməsi ilə bağlı soaial şəbəkələrdə yayılan videosujetə münasibət bildirib.

Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə Xətai rayon 36-cı Polis Bölməsində şəhid ailəsinə təzyiq olunması ilə bağlı sübutsuz, ziddiyyətlərlə dolu qərəzli məlumat xarakterli videogörüntülər yayılıb.

"Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, hüquq-mühafizə orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yayılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır".

Məlumatda bildirilib ki, Xətai rayonunda yaşayan Arzu Əliyevanın oğlunun əsassız olaraq bölməyə aparılması və ailə üzvlərinə qarşı təzyiq və xəsarət yetirilməsi ilə bağlı iddialları həqiqəti əks etdirmir, baş verənləri gizlətmək məqsədi daşıyır: "İyulun 6-da A.Əliyevanın oğlu 1996-cı il təvəllüdlü Cahangirov Qorxmaz Rəhman oğlu velosiped oğurluğunda şübhəli kimi Xətai RPİ 36-cı Polis Bölməsinə gətirilib və üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 0,85 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək, Xətai RPİ İstintaq şöbəsinə göndərilib.

Qeyd olunan tarixdə 36-cı bölməyə gəlmiş C.Cahangirovun anası 1970-ci il təvəllüdlü, Xətai rayonunda yaşayan A.Əliyeva özünü şəhid ailəsi kimi təqdim edərək oğlunun sərbəst buraxılmasını tələb edib, həmçinin polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr səsləndirməklə bölmənin giriş qapısının şüşəsini sındırmaqla əl-üz nahiyələrinə qəsdən xəsarət yetirib. Eləcə də bölmənin məsul növbətçisinin göz nahiyəsinə yumruq zərbələri endirməklə xəsarət yetirib və qol saatını sındırıb".

Faktla bağlı toplanmış materiallar Xətai Rayon Prokurorluğuna göndərilib.

Oğurluqda şübhəli bilinən Q.Cahangirov barəsində cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir".




İmza:

Akif Əlizadə: AMEA-da magistratura təhsilinə ciddilik artırılmalıdır

Aqil ABBAS: «SİZİN ƏSGƏR SALAMINIZA QURBAN OLALIM»

Fərhad Bədəlbəylidən Qarabağ harayı - VİDEO

220-dək cinayətkar Azərbaycana ekstradisiya edilib

AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır

Azərbaycan ekstradisiya ilə bağlı beynəlxalq sənədə qoşulub

Vüqar Rəhimzadə : Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir

Şəkidə Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu departamentlə bağlı Prokurorluğa müraciət edildi

Ekologiyaya ziyan vuran şəxslərlə bağlı 135 cinayət işi başlanıb

Qarabağ savaşını mən başlatdım - 31 il sonra ETİRAF

Banqladeşin Baş naziri Azərbaycana səfərə gəlir

SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK