deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azay Quliyev ATƏT PA-ın yekun iclasında çıxış etdi - MƏTN Adalet.az | Azay Quliyev ATƏT PA-ın yekun iclasında çıxış etdi - MƏTN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azay Quliyev ATƏT PA-ın yekun iclasında çıxış etdi - MƏTN

5783    |   2019-07-08 14:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyasının yekun plenar iclasında ATƏT PA vitse- prezidenti Azay Quliyev çıxış edib.


Adalet.az A.Quliyevin çıxışının mətnini təqdim edir:


"İlk növbədə 28-ci İllik Sessiyanın gözəl təşkil olunması və göstərilən yüksək qonaqpərvərliyə görə Lüksemburq Böyük Hersoqluğuna və Deputatlar Palatasına təşəkkürlərimi bildirirəm.


Biz bir sıra mühüm sənədlərin qəbulu ilə nəticələnmiş çox məhsuldar müzakirələr keçirə bildik. Bu isə ATƏT Parlament Assambleyasının əhəmiyyətinin bilavasitə göstəricisidir və müvafiq olaraq dəyərləndirilməlidir.


Məmnunam ki, Assambleya öz müvafiq qətnamələri vasitəsilə ATƏT-in prinsipləri, öhdəlikləri və dəyərlərinə sadiq qaldığını bir daha sübuta yetirmişdir. Bu gün biz bütöv ATƏT regionuna güclü bir siqnal göndəririk ki, bizim prinsiplərimiz və öhdəliklərimiz ikili standartlar və coğrafi selektivlikdən azad şəkildə bərabər və şərtsiz tətbiq olunmalıdır.


Biz bir daha təsdiqlədik ki, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığı prinsipləri daxil olmaqla, Helsinki Yekun Aktının prinsipləri üzv dövlətlər arasında mövcud olan münaqişələrin həlli üçün bünövrəni təşkil edir.


Biz həmçinin insan hüquqlarının və fundamental azadlıqların universallığını, eləcə də etnik və dini ayrıseçkilikdən uzaq şəkildə bütün vətəndaşlarımıza münasibətdə bərabər qaydada tətbiq edilməli olduğunu təsdiqlədik. Bu xüsusilə münaqişələr nəticəsində yaşadıqları yerləri zorla tərk etməli olmuş məcburi köçkünlərin insan hüquqlarının müdafiəsi üçün doğrudur.


Mən həmçinin təmsil etdiyimiz ölkələrin vətəndaşlarının rifahının artırılması və iqtisadi inkişafa nail olmaq məqsədlərinə çatmaq üçün əməkdaşlığımızın əhəmiyyətini bir daha təsdiqlədiyimizlə bağlı məmnuniyyətimi bildirmək istərdim. Biz enerji mənbələrinin və onların təchizat marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini vurğuladıq. Bunula yanaşı, biz ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi vasitəsilə əlaqəliliyin möhkəmləndirilməsi məqsədini güdən İpək Yoluna Dəstək Qrupunun məhsuldar iclasını keçirdik. Qrup dialoqun təşviqi və parlament nəzarətinin təmin edilməsi üçün səmərəli bir platformadır və mən bu təşəbbüsə daha çox yeni üzvlərin qoşulmasını salamlayıram.


Sessiya göstərdi ki, bütün fərqlər və mümkün fikir müxtəlifliyinə baxmayaraq, biz, parlamentarilər, vahid məqsəd – Vladivostokdan növbəti İllik Sessiyamızın keçiriləcəyi Vankuverə qədər böyük bir ərazidə beynəlxalq hüquq və normaların təşviqi ideyası ətrafında birləşə bilirik.


Əməkdaşlığınız üçün sizə bir daha təşəkkür edirəm!”




İmza:

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK