hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YUXULAYANLAR VAR Adalet.az | Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YUXULAYANLAR VAR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SÜKAN ARXASINDA YUXULAYANLAR VAR

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə “Ədalət”in birgə reydi

4480    |   2019-07-08 13:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elə sürücülər var ki, çox vaxt hava şəraitinin isti keçməsini və çətin olmasının nəzərə almaq istəmirlər. Çox təəssüf ki, isti yay günlərində kondisionersiz avtobus və mikroavtobuslardan istifadə edərək sərnişin daşıyan sürücülər az deyil. Təbii ki, bu da bir çox halda yaxşı nəticələnmir. Yəni kondisionersiz istənilən nəqliyyat vasitəsində sürücü uzaq məsafəni qət edərkən isti havada yorulur və bir anlıq da olsa onu sükan arxasında yuxu aparır.

Aydındır ki, sükan arxasında yuxulayan sürücünü hər an qəza şəraiti gözləyir. Nəticədə yatan sürücü idarəetməni itirir və ağır qəza baş verir. Xüsusən də avtobus və mikroavtobus sürücüləri sükan arxasında yuxulayarkən baş verən qəzalar daha ağır olur.

Bütün bu sadaladığımız mövcud nöqsanları aradan qaldırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayı yaz və ya mövsümünün ilk günlərindən qabaqlayıcı tədbirlər həyata keçirir. Heç kəsə sirr deyil ki, məhz bu tədbirlər hesabına sürücülər stasionar postlarda saxlanılaraq xəbərdar olunur.

Artıq iyun ayının ilk günlərindən Yol Patrul Xidməti Alayının bütün tağımlarında sürücülərin maarifləndirilməsinə start verilib. Bu cür tədbirlər Yol Patrul Xidməti Alayının 10-cu tağımında da vaxtaşırı olaraq gerçəkləşdirilir. Tağım əməkdaşları iyun ayının ilk günlərindən isti hava şəraiti ilə əlaqədar olaraq sürücülər arasında maarifləndirmə işləri aparır. Belə ki, isri günlərdə tağımın xidmət apardığı Bakı-Ələt-Astara-İran sərhəd yolunda sərnişindaşıyan avtobus və mikroavtobus sürücüləri ilə fərdi söhbətlər aparılır. Çoxlu sayda sürücülərin nəzərinə çatdırılır ki, isti havalarda kondisionersiz avtobus və mikroavtobuslarla sərnişin daşıyarkən diqqətli olsunlar, onlar nəqliyyat vasitəsini stasionar postda saxlasınlar, orda yaradılmış bulaqda əl-üzlərini yusunlar və dinclərini alıb yenidən sükan arxasında əyləşsinlər. Əlbəttə, bu cür fərdi söhbətlər və izahat işləri hər bir sürücünün maariflənməsində çox önəmli əhəmiyyət kəsb edir.


Tağım əməkdaşları 192,9 km məsafədə xidmət aparırlar. Sutkanın 24 saatı ərzində yol polisi əməkdaşları ona çalışırlar ki, isti havalarda sürücülər və sərnişinlər mənzilbaşına sağ-salamat çatsınlar. Demək olar ki, hər gün havanın isti anlarında tağım əməkdaşları əksər sürücülərlə səmimi söhbətlər edir, onlara diqqətli olmaq tövsiyyə olunur. Təbii ki, sürücülər də bu cür söhbətlərdən birmənalı olaraq nəticə çıxarırlar. Stasionar postda 99 BD 636 nömrəli yük maşını saxlanılır. Polis baş serjantı Cabir Quliyev sürücüyə isti havada diqqətli olmağı tövsiyə edir. Sürücü də maşından düşüb bulaqda əl-üzünü yuyur. Polis serjantı Cavid Musayev sərnişin daşıyan 99 RV 601 nömrəli mikroavtobusun sürücüsü ilə söhbət edir. O da hava şəraitinin isti olmasını diqqət mərkəzinə çəkir. Sürücü və sərnişinlər mikroavtobusdan düşüb əl-üzlərini soyuq su ilə yuyurlar.

Digər bir mikroavtobus - 99 BN 267 nömrəli maşını polis baş serjantı Amid Qəhrəmanov saxlatdırır. Sürücü bunu razılıqlı qarşılayır və görür ki, bir neçə mikroavtobus sürücüsü də postda yaradılmış bulaqda əl-üzünü yuyur. O da polis baş serjantının tövsiyəsi ilə bulağa yaxınlaşır və soyuq su ilə yuyunur. Mikroavtobusdakı sərnişinlərlə bu mənzərəni görüb bulağa yaxınlaşırlar və böyük həvəslə onun suyundan içib sərinləyirlər. Sonra isə sərnişinlərdən biri bu şəraiti yaratdığına görə, yol polisinə və onun rəhbərliyinə təşəkkür edir. Deyir ki, isti havalarda belə bir şəraitin yaradılması bizi böyük təhlükədən xilas edir. Çünki tez-tez eşidirik ki, bəs filan yerdə sürücü yuxuladı, avtobusu aşırdı. Allah bizi təhlükədən xilas eləsin!


Onuncu tağımın əməkdaşları 2019-cu ilin 6 ayı ərzində 3396 yol hərəkəti qayda pozuntusu qeydə alıb. Onlardan 19-u sərxoş, 95-i ötmə əməliyyatının düzgün aparılmaması, 558 manevr qaydasının pozulması, 31-i hüquqsuz, 14-ü sərnişindaşımaya əməl edilməməsi, 10-u yol polisinə tabe olmamaq, 419-u yükdaşıma qaydasının pozulmasıdı. Və bununla yanaşı, 2515 digər qayda pozuntularına yol verilib. Aydındır ki, intizama dəvət olunan və barələrində inzibati protokol tərtib edilən sürücülərin əksəriyyəti bundan nəticə çıxarıblar.


Onu da qeyd edək ki, 10-cu tağıma çox peşəkar, təcrübəli və öz işini yaxşı bilən polis mayoru Qulu Quliyev rəhbərlik edir. Hər gün səhər saatlarında tağım əməkdaşları təlimatlandırılır və onlara kobud qayda pozuntularına qarşı daha ciddi mübarizə aparmaq tapşırığı verilir. Məhz bu tapşırıq da sutkanın 24 saatı ərzində tağım əməkdaşları tərəfindən məsuliyyətlə yerinə yetirilir. Tağım komandiri Qulu Quliyev bizimlə söhbətində bildirdi ki, kollektivdə öz işinin öhdəsindən bacarıqla gələn və iş əmsalı yüksək olan əməkdaşlardan polis baş serjantları Cabir Quliyev, Amid Qəhrəmanov, polis serjantları Cavid Musayev, Babək Zeynalov, polis kiçik serjantı Elmar Binyətov belələrinə nümunə sayılırlar.

Havalar get-gedə daha da istiləşir. Hələ iyul ayının əvvəlidir. Qarşıda iyulun və avqustun qora bişirən ayı durur. Belə isti havalarda isə yol polisi sutkanın 24 saatını gərgin iş rejimində çalışır. Stasionar postda xüsusən sərnişin daşıyan avtobus və mikroavtobus sürücülərinin heç biri diqqətdən kənarda qalmır, onlar saxlanılaraq maarifləndirilir və tövsiyə olunur ki, bu cür şiddətli istilərdə hər bir sürücü daha diqqətli və daha məsuliyyətli olmalıdır ki, özü və sərnişinlər mənzilbaşına sağ-salamat çatsınlar. Deməli, yenə də çox şey sürücünün məsuliyyətindən və diqqətindən asılı olacaq!


Reyddə iştirak edirdilər: Qulu QULİYEV – Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru; Cabir QULİYEV – YPX-nın 10-cu tağımının inspektoru, polis baş serjantı; Amid QƏHRƏMANOV – YPX-nın 10-cu tağımının inspektoru, polis baş serjantı; Cavid MUSAYEV – YPX-nın 10-cu tağımının inspektoru, polis serjantı; Babək ZEYNALOV – YPX-nın 10-cu tağımının inspektoru, polis serjantı; Faiq QİSMƏTOĞLU – "Ədalət”in əməkdaşı




İmza:
SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK