Əbülfət MƏDƏTOĞLU: “MƏMMƏD KOXA”

ƏBÜLFƏT MƏDƏTOĞLU
46158 | 2019-07-08 13:17

Sizə təqdimetmək istədiyim kitabı şair Əyyub Paşa mənə təqdim edib. Aftoqrafla bağışlanmışbu kitabın müəllifi də elə Əyyub Paşadı. Açığını deyim ki, Əyyub Paşanınyaradıcılığına müəyyən qədər bələdəm. Və onunla olan bir neçə atüstü görüşlərimizdəndə bilirəm ki, sözə, şeirə həssaslıqla yanaşan Əyyub Paşa doğuldiği bölgənin, yəniQazaxın digər şair ruhlu insanları kimi poeziyaya xüsusi diqqət və sayğıylayanaşır. Sözü sözdən seçməyin, sözün laylarına məharətlə nüfuz etməyi bacarır.Bax, bu mənada "Məmməd Koxa” kitabı da elə Əyyub Paşanın söz məharətinin yaxşıbir nümunəsidir. Necə deyərlər, bu yerdə adamın yadına ataların müdrik bir kəlamıdüşür. Əgər xatırlayırsınızsa, dilimizdə "koxanı gör, kəndi çap” kəlamı var. Yənibu kəlamı ona görə diqqətə təqdim edirəm ki, Əyyub Paşanın "Məmməd Koxa”sınıoxuyan hər kəs onun poeziyasını, şeriyyətini görə və qiymətləndirə bilər. O ki,qaldı Məmməd Koxaya...

Kitabdakıgedişdən məlum olur ki, poemanın qəhrəmanı Məmməd Mahmudov 1069-cu ildə Qazaxmahalının Daş Salahlı kəndində doğulub. Mahalın sayılıb-seçilən kişilərindənolan Mahmud Mahmudovun ailəsində dünyaya gələn Məmməd 18 yaşında artıq hamı tərəfindənsayılıb sayqı və sevgiylə qarşılanırdı. Onun təşkilatçılığı ilə böyük xeyriyyətədbirləri gerçəkləşdirilirdi. Ona görə də artıq 18 yaşında Məmməd kəndə koxaseçilmişdi. 1917-ci ildə isə dövrünün sayılan ziyalılarından biri olan Cahangirbəy Şıxlinskinin namizədliyi ilə Məmməd Mahmudov qubernator seçilir. Rusiyadabaş verən hadisələrin təsir dairəsi genişləndikcə əyalətlərdə də vəziyyət nəzarətdənçıxırdı. Məhz belə bir vaxtdaGürcüstandan Azərbaycana qarşı iddialar artır, pozucu və işğalçı meyllərgüclənirdi. Gürcü menşevikləri dəfələrlə Qazaxa işğalçı basqınlar təşkil etmiş,kəndləri çapıb talamağa, əhaliyə işgəncələr verməyə başlamışdılar. Təbii ki,onların arxasında imperiya dayanırdı. Belə bir vaxtda qubernator kimi MəmmədKoxa könüllülərdən ibarət dəstə ilə ərazini qorumağa çalışırdı. Lakin onun qəhrəmanlıqlarıböyük güclər qarşısında bütün istəkləri gerçəkləşdirə bilmədi. Oktyabrinqilabından sonra isə, yəni 1920-ci ildə ən yaxın silahdaşları ilə birlikdəTürkiyəyə gedən Məmməd Koxa 1926-cı ildə vətəni Qazaxa qayıdır. Xalq düşmənikimi həbs olunub Sibirə sürgün edilən Məmməd Koxa 1933-cü ilə kimi sürgündə qalır. Həmin il cəza müddəti başaçatıb yenidən Qazaxa dönən Məmməd Koxa doğma kəndində dünyasını dəyişir və öz kəndqəbiristanlıqlarında da dəfn edilir. Poemanın müəllifi Əyyub Paşa bir şair vəbir eloğlu təəssübkeşliyi ilə Məmməd Mahmudovun bədii-sənədli obrazını yaratmaqüçün tarixi faktlara istinad edib. Həmin tarixi faktlara bir az da bədiilikqatan müəllif poemanın oxucu marağının oxucu sevgisini əhatə dairəsinə çıxarabilibdi. Poemanı oxuduqca sanki MəmmədKoxanın bütün həyatını izləmiş olursan.


Mənpoemanın əsas məğzini diqqətə çatdırmaqla xüsusi vurğulamaq istərdim ki, bu əsərhəm də bir tarixi şəxsiyyətin ucaldılan söz abidəsidir. Ona görə də qubernatorolmağına baxmayaraq, səfərdə ordu başçısı kimi də elin igidlərini bir araya gətirənyurdu, dinc sakinləri qorumaq üçün ölümdən qorxmayan bir Azərbaycan oğlununşücaəti qibtəediləcək marağa yol açır. Həm şeir dili, həm də qəhrəmanın bəllicizgiləri poemanın uğurlu alınmasına səbəb olur. Həm də bu poemada sapı özümüzdənolan baltaların da "xidmətləri” bəlli olur.

ƏyyubPaşanın vəsf ediyi "Məmməd Koxa”, onun "Dilboz” atı, eləcə də doğulduğu məkanelə ifadələrlə oxucu yaddaşına köçürülür ki, bundan ancaq məmnun olmaqmümkündür. Məsələn:


Aylar keçibdolansa il,

Vətənyaddan çıxan deyil.

Ey vətəndənküsən cahil,

Anar səni,anar Vətən!


Vəyaxud:


Vətənsizolmasın çiçək də, daş da,

Etibargörəydi qardaş qardaşda.

Əvvəlsiz,axırsız olan savaşda

Mən necəyaşayım, qocalım, Dilboz?

Mənsizdiel-obam, mahalım Dilboz.


Vəyaxud:


Yadigarı"Qara bulaq”,

Yolasaldı neçə qonaq...

Başınabuxara papaq,

Ürəyipak, qəlbi yuxa –

El igidiMəmməd Koxa!


Sondabir daha xatırlatmaq istərdim ki, beş fəsildən ibarət olan bu poema ƏyyubPaşanın Azərbaycanın bir xalq qəhrəmanına ucaltdığı abidə kimi sözdünyamızda yaşayacaqdı. Axı deyilən söz yadigardı. Bu mənada Əyyub Paşanın "MəmədKoxa”sı mübarək olsun!


TƏQVİM / ARXİV