Əli Əhmədov: Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir
Bütün dünyada olduğu kimi, Azərbaycanda da həyata keçirilən siyasətin mühüm bir hissəsi ekoloji tarazlığın təmin edilməsidir.
Adalet.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyət proqramının təqdimat mərasimində deyib.
Ə.Əhmədov bildirib ki, ekoloji dəyişiklikər bütün dünya kimi Azərbaycan cəmiyyətini də narahat edir.
Baş nazirin sözlərinə görə, YAP ekoloji problemlərin həllinə əlindən gələn dəstəyi göstərməyə çalışır.
YAP İcra katibi vurğulayıb ki, partiya 700 min ağacın əkilməsi kampaniyasını uğurla həyata keçirib:
"Ətraf mühiti qorumaq hər bir vətəndaşın vətəndaşlıq vəzifəsidir. Çünki hər kəsin təmiz hava və suya ehtiyacı var. Bunu daha geniş həyata keçirmək üçün biz nazirliklə birgə fəaliyyət həyata keçirmək təşəbbüsü irəli sürdük. Bununla biz cəmiyyətə bir ismarış veririk ki, gəlin havanın, suyun çirklənməsinin qarşısının alınmasında, ekologiyamızı təmiz saxlamaqda birgə fəaliyyət göstərək".
Digər Xəbərlər
19 Aprel 2024 19:37
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb - FOTOLAR
19 Aprel 2024 17:22Vilayət Eyvazov Kollegiya iclası keçirdi - FOTOLAR
19 Aprel 2024 11:19İsmayıllıdakı bazarda nöqsanlar aşkarlandı
19 Aprel 2024 10:17“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
18 Aprel 2024 15:06