Elmar Məmmədyarov Peruda bir sıra ikitərəfli görüşlər keçirib
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Peru Respublikasına işgüzar səfəri çərçivəsində 3 iyul tarixində Perunun Xarici İşlər naziri Nestor Popolizio Bardales ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Peru münasibətlərinin inkişafı, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycanın Sakit okean Alyansına (SOA) müşahidəçi üzv qəbul edilməsinə verdiyi dəstəyə görə həmkarına təşəkkürünü bildirib. O, ölkəmizin Alyans ilə əməkdaşlıqda maraqlı olduğunu və təşkilat çərçivəsində yaradılmış imkanlardan yararlanaraq SOA-nın Asiya ölkələri ilə ticarət əməkdaşlığında fəal iştirak imkanlarının olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətində SOA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Digər Xəbərlər
29 Mart 2024 11:01
Milli Məclisin iclası başladı: 21 məsələ müzakirə olunacaq
28 Mart 2024 20:51Azərbaycana qarşı informasiya təxribatı davam edir - Ülvi Quliyev yazır...
28 Mart 2024 19:22"Şuşa İƏT Gənclər Paytaxtı - 2024"ün keçirilməsinə dair öhdəlik protokolu imzalandı
28 Mart 2024 19:14Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri Azərbaycana gələcəklər
28 Mart 2024 16:50