hacklink Adalet.az | Azay Quliyev yenidən ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun sədri seçilib Adalet.az | Azay Quliyev yenidən ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun sədri seçilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azay Quliyev yenidən ATƏT PA-nın “İpək Yoluna Dəstək Qrupu”nun sədri seçilib

14139    |   2019-07-04 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Lüksemburqda başlayan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Assambleyasının (ATƏT PA) 28-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın "İpək Yoluna Dəstək Qrupu”nun (Silk Road Support Group — SRSG) 6-cı iclası keçirilib.

Adalet.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qrupa sədrlik edən ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev özünün giriş nitqində iclas iştirakçılarını salamlayıb və Özbəkistan nümayəndə heyətinin də SRSG-yə qoşulduğunu bəyan edib.

İclas iştirakçıları qrup sədrinin SRSG-nin fəaliyyətinə dair hesabat məruzəsini dinləyib və təsdiq ediblər.

Qrupda təşkilati məsələlərə də baxılıb. Azay Quliyev yeni müddətə təkrarən qrupun rəhbəri seçilib. İsveçrəli deputat Filippo Lombardi və onun Serbiyadan olan həmkarı Stefana Miladinoviç qrupun sədr müavinləri seçiliblər.

Qrupun işində ATƏT PA-nın sədri Georgi Tsereteli, təşkilatın baş katibi Roberto Montella və ATƏT PA-nın xəzinədarı Doris Barnet iştirak və çıxış ediblər. Georgi Tsereteli öz çıxışında bu cür təşəbbüslərin əhəmiyyətini qeyd edib. O vurğulayıb ki, dəstək məhz siyasi xarakter daşıyır, çünki belə proqramlar bütün ATƏT məkanında iqtisadi əməkdaşlığın, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə istiqamətlənib.

AFR nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın xəzinədarı Doris Barnet də dəstəyini ifadə edərək Almaniyanın da bu qrupa qoşulmaq istədiyini bəyan edib. O qeyd edib ki, yalnız Şərqlə Qərbin ikitərəfli və qarşılıqlı fəaliyyəti sayəsində uğur qazanmaq mümkündür.

Monteneqro parlamentinin spikeri İvan Brayoviç də qrupa dəstəyini ifadə edib və bu cür təşəbbüslərin birləşdirici rolunu vurğulayıb.

İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Hellen iclas iştirakçılarına sentyabrın 5-7-də Alplardakı Andermattedə keçiriləcək SRSG İsveçrə Beynəlxalq konfransının proqramı barədə məlumat verib.

Türkiyə nümayəndə heyəti qrup iştirakçılarını konfranslardan birini gələn ilin aprelində İstanbulda keçirməyə dəvət edib. İtaliya nümayəndə heyəti isə bu tədbirlərdən birini 2020-ci ilin noyabrında onların ölkəsində keçirməyi təklif edib.

Xatırladaq ki, SRSG 2017-ci ildə ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında yaradılıb. Fəaliyyətinə 17 dövlətin iştirakı ilə başlayan qrupun üzvlərinin sayı bu gün 25-ə çatıb. Bu, Böyük İpək yolunun beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.




İmza:

Məzahir Pənahov: “MSK seçki prosesinə sabah start verəcək” - VİDEO

Bahar Muradova: YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik

GÜNÜN SÖZÜ SİYAVUŞ NOVRUZOVDAN

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

NATO-nun yubiley sammiti

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Fuad Muradov: Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar - VİDEO

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

Zakir Həsənov Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Acizlikdən qara piara başlayanlar...

Tahir Rzayev: "Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir"

SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK