Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TARİYEL ÜMİD: Düşdü göz yaşlarım Adalet.az | TARİYEL ÜMİD: Düşdü göz yaşlarım Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

TARİYEL ÜMİD: Düşdü göz yaşlarım

13825    |   2019-07-04 17:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır




























Düşdü göz yaşlarım

Düşdü göz yaşlarım, daş parçalandı,
Tük basmış saqqalım, üzüm ağladı.
Yumruq boyda qəlbim parça-parçadı,
Tabut arxasınca izim ağladı.

Bir ana şam kimi yandı qurtardı,
Dünyaya sevgisin yığdı apardı.
Mən ki, ölməmişəm, ölən anamdı,
Diri ikən məni qızım ağladı.

Dözdü qürbətə də, köçkünlüyə də.
İnandı həmişə yerə, göyə də.
Böyütdü məni də bu tərbiyədə,
Mən "ana” deyəndə sözüm ağladı.

Daha yığışdırdım şairliyimi,
Qırıldı qəlbimdə ilhamın simi.
Kimə "ana” deyim, öpüm mən kimi?...
Dağlarım ağladı, düzüm ağladı.

Ümid, yetim qaldın, xoşbəxtlik bitdi,
Əlində tutduğun mirvarin itdi.
Öpdüm gözlərindən, ayrıldı getdi,
Oldu qan çanağı gözüm, ağladı.

Gəncə şəhəri, 01. 03. 2019


Oxşarlıq

Vətənə can atan ümid işığım
İşarar qürbətin pəncərəsindən.
Məmməd İsmayıl

Buludun, şimşəyin tək əlin səsi,
Nə qədər böyüksən özün özündən.
Vətən məhəbbəti Vətən kölgəsi...
O, qədər şirindir düşmür gözümdən.

Dağlar qəribsəyib boylanır gendən,
Torpaqdan sıyrılan qaya kimisən.
Nə qədər kol-koslar asılıb səndən,
Çəpərə cancılmış paya kimisən.

Bir oxşarlıq yaşar taleyimizdə,
Eyni cür çalınır qəriblik simi.
Birimiz dərində, birimiz üzdə,
Üzürük qürbətdə günahkar kimi.
Bakı, 26.06.2019.

Küsnət dağları

Yolu çilik-çilik,
Ormanları sıx.
Yuxuda da xatırlaram
Mən bu dağları.
Oğulsansa cığırlardan
Sağ-salamat çıx,
Yığ qəlbinə götür apar
Yaşıllıqları.

Ağacların başı göydə,
Ayağı yerdə.
Duman, çisgin pərdə-pərdə
Yerə sallanır.
Bunlar varkən oturmuşuq
Necə şəhərdə?!
Bir baxmaqla yüz möcüzə
Gözdə canlanır.


Dərələri gül-çiçəkli
Qayası qəmə.
Sarmaşıqdan kəndir kimi
Yapışıb yeri.
Dünyanın ən gözəl yeri
Düşüb ölkəmə.
Düyün-düyün yamaclarda
Allahın sirri.

Əvvəl nurdu səpələnən –
Yağış çiləyir.
Necə xoşbəxt yaranıbdı
Bal arıları.
Yurdumuzun xatirinə
Dua eləyir
Bu ağaclar baş qaldırıb
Allaha sarı.
Quba, Küsnət-Xınalıq

Mənim Ağdamım

Nə qapın var, nə pəncərən,
Aguşuna gələmmirəm.
Viran olub "Uzun dərən”,
İnsanların pərən-pərən.
Sağ- salamat qalmayıbdı
Bircə evin, bircə küçən.
Kol-kosunun həsrətində
Təkcə mənəm, təkcə mənəm.
Sənsiz yoxdur gündüz, gecəm,
Səsli, küylü uşaqlığım keçən...
Keçən Ağdamım!

Yazı yazan yolun azdı,
Taleyini belə yazdı.
Bu məşəqqət məni üzdü,
Nə vuran var, nə də alan,
"Şahbulaq” tək əsir qalan
Cənnət evin "Qarağacı”...
İtirlmiş qardaş, bacı.
"Qar-qarı” məftildən keçən,
Suyundan kafirlər içən...
Içən Ağdamım!

Bir də gördün "Kötəl” daşdı,
Şimşəklərlə qarşılaşdı.
Yurdsuz, elsiz başıdaşlı
Qalanlar axışdı gəldi,
Uşan quşlar uçdu gəldi.
Qıfıllı gümanlar qırıldı,
Yollar ayağıma sarıldı.
Gecələr yuxumdan keçən
Qayıtmadı şəhid – neçə?...
Neçə... Ağdamım!

Hey baxıram çoxlu, çoxlu,
Bir ağacın, gölgən yoxdu,
Yağıların gözlərinə
Qayan kaman, daşın oxdu.
Görüşməyə güman varmı?
Öpüşməyə güman yoxdu.
Bu ayrılıq daşlaşacaq,
Tariyel Ümid yaşlaşacaq.
Qayıdaram bir də haçan...
Haçan, Ağdamım!
Bakı, Hökməli 2010

Şeirim

Kitab olsan, ön söz yerin ağ olsun,
Bir dahinin şöhrətinə söykənmə, şeirim.
Qəzetlərdə cap olmursan, canın sağ olsun,
Dağlar qədər yığılsan da, tərpənmə, şeirim.

Ürəklərdən keçən yollar bil ki, sənindi,
Bənövşə tək kol dibinə hələ sin indi.
Dünya bilir böyüklük də beləsinindi,
Əl-ayaqda ələf kimi öfkənmə, şeirim.

Cild-cild ha yazsalar söz ki, qurtarmaz,
Nə görmüsən, nə duymusan... yazdığını yaz.
Qoy sol qolun Kürün olsun, sağ qolun Araz,
Savalanın qarı kimi tükənmə, şeirim.






İmza:
SON XƏBƏRLƏR
2019-10-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK