viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bir müəllim tanıyıram Adalet.az | Bir müəllim tanıyıram Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bir müəllim tanıyıram

3955    |   2019-07-04 17:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yəqin mən ona görə müəllim sənətini həmişə belə sevmişəm, əziz tumuşam, müqəddəs bilmişəm ki, rəhmətlik anam da müəllim idi. Anama olan sonsuz istəyim müəllim adını mənə ikiqat yox, beşqat-onqat doğmalaşdırıb. Həmçinin, atamın bizim tərəflərdə ciddi, təcrübəli bir pedaqoq kimi tanınması da bu duyğularıma körük çəkib...

Mən həm yaşıma, həm də peşəmə görə indiyə qədər çox müəllimlərlə rastlaşmışam, bacardığım qədər onlara səmimi hörmətlə, doğma adamlarım kimi yanaşmağa çalışmışam.

Onlardan biri də bizim Züleyxa müəllimdir. Özünüz görəcəksiniz, mənim bir ifadəni işlətməyə haqqım çatır. Çünki az qalır qırx il olsun ki, yaxın qonşuyuq, bir binada yaşayırıq. Mərhum həyat yoldaşı, istedadlı alim Tofiq müəllimlə də yetərincə mehriban münasibətlərimiz olub. Züleyxa xanımla bizim külfətin də neçə illərdir sözləri-söhbətləri, dərdləri-sərləri, sevincləri-fərəhləri birdir. Övladları, necə deyərlər, gözümüzün qabağında boya-başa çatıb. Bunları söyləməkdə fikrim, məqsədim odur ki, bu ləyaqətli, nəcib insan haqqında demək istədiyim söz görün neçə vaxtdır ürəyimdə yol gəlir...

Züleyxa xanım Bakının istisinin, qızmarının yerə-göyə meydan oxuduğu bir vaxtda, 1948-ci ilin iyulun 8-də həyata göz açıb. Ailədə pərvazlanan altı uşağın ən kiçiyi olsa da, heç zaman ərköyünlük nə olduğunu bilməyib. Fidan vaxtlarından zəhmətsevər olub. Evdə əlindən gələn işi görüb, anasına kömək edib. Böyüklər onun işini tərifləyəndə sevincindən az qalıb qanad açıb uçsun. Bir də elə həmin illərdən bu qızcığazın qəlbi şirin, kövrək arzularla ləbələb idi, həssaslığı, mehribanlığı onu tanıyanların hamısına ürəkdən sevdirirdi.

Züleyxa Abdullayeva 1966-cı ildə Bakının 156 saylı məktəbində təhsil alıb. Hələ unudulmaz məktəb illərinin ilk siniflərindən oxuyub-öyrənməyə həvəsi, zəkası, fəal həyat mövqeyi, davranışı ilə seçilirdi. Bu təhsil ocağında yaxşı oxuyan, öncül şagirdlərdən biri kimi tanınırdı. Ömrünün yeniyetmə çağlarından müəllim olmaq, özü də mütləq ibtidai siniflərdə dərs demək istəyində idi. Əlinə ilk dəfə çanta alıb məktəbə gələn, elmin zirvələrinə gedən yollarda ilk qədəmlərini atan balalarımızın sabahına işıq salmaq onun xəyallarının, arzularının bəzəyi idi.

Züleyxa Abdullayeva 1973-cü ildə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin (keçmiş APİ) Ibtidai Təhsilin Metodikası və pedaqogika fakültəsini bitirib.Bakıdakı 42 saylı tam orta məktəbdə əmək fəaliyyətinə başlayıb. Qırx ildən artıq bu tanınmış təhsil ocağında şərəflə, yüksək zəhmət eşqilə, əsl fədakarlıqla çalışıb. Züleyxa müəllim həmişə dərslərlini özünəməxsus üsullarla keçib. Əyani və texniki vasitələrdən uşaq təxəyyülünə, düşüncələrinə uyğun istifadə edib. Dərs prosesində keçirilən mövzuları daha çox həyati faktlarla, misalllarla izah etməyə səy göstərib. Ömrünü-gününü damla-damla dərs dediyi məktəblilərin yolunda əridən bu bacarıqlı, səriştəli pedaqoq, nəcib insan onlara təkcə müəllim olmayıb, bir ana tək, bir doğma insan kimi onların nazını çəkib, qayğısına qalıb, uşaqlarla bir svinib, gülüb. Züleyxa müəllim şagirdlərinə elm, bilik öyrətməklə yanaşı, onlara vətənpərvərlik ruhu aşılamağa çalışıb. Ana torpaq, doğma vətən, Azərbaycanın mərd oğullatrının doğma yurdun qorunması uğrunda göstərdikləri şücaətlərindən yetirmələrinə ətraflı məlumatlar verib. Əsl müəllimlik keyfiyyətlərinə malik Z.Abdullayevanın qazandığı uğurlar, adı-sanı yalnız çalışdığı pedaqoji kollektivdə deyil, valideynlər arasında da ildən-ilə artırdı. Təsadüfi deyildir ki, bir çox valideynlər öz uşaqlarının məhz Züleyxa müəllimin sinfində oxumasını istəyirdilər.

Züleyxa müəllim deyir ki, onun pedaqoji fəaliyyətində unudulmaz məqamlar, yaddan çıxmayan təəssüratlar az olmayıb, amma bir vaxtlar əlindən tutub hərfləri yazmağı, saymağı, oxumağı öyrətdiyi şagirdlərinin illər sonra ali təhsil alıb mənimlə eyni tədris müəssisəsində çalışanda elə bil dünyanı mənə bağışlayırdılar. Həmin yetirmələrimdən Leylanın, Nərminin az müddət ərzində qazandığı pedaqoji nailiyyətlər qəlbimdə sonsuz xoş hisslər yaradıb.

Uzun illər bu insanın əməksevərliyi, öz sənətinə olan böyük sevgisi, təşəbbüskarlığı, dərs dediyi balalara solmaz məhəbbəti heç vaxt əvəzsiz qalmayıb. Həmişə yetərincə diqqət mərkəzində olub, ünvanına saysız-hesabsız təriflər, xoş sözlər söylənib, bir sıra mükafatlara, fəxri fərmanlara layiq görülüb.

Züleyxa Abdulayeva artıq neçə illərdir təqaüdddədir. Amma yenə coşqun həyat eşqi onun ürək dostudur. Bu gündə dünyamızın, həyatımızın rəngarəngliyi, gözəllikləri onu qəlbən sevindirir, mütaliə etməkdən, musiqi dinləməkdən yorulmur.

Züleyxa xanım enişli-yoxuşlu, acılı-şirinli bir yol keçib. Hərdən büdrəsə də yıxılmayan, üzü xoş gələcəyə inamla addımlayan, qarşısına çıxan maneələri dəf etməyi bacaran, şərəfli, mənalı bir ömrə imza atan, ömür kitabının səhifələrini ancaq yaxşı əməllərlə yazan bir insandır. O, öz amalına, məqsədinə doğru həmişə mətinliklə irəliləyib, heç vaxt ruhdan düşməyib, iradəsini, inamını, ümidini itirməyib. Bir cəhəti də ciddi məsuliyyət hissi ilə deyirəm ki, Züleyxa xanımda ən yaxşı məziyyətlər, xarakterindəki ən ülvi duyğular özünü onda məhz ana kimi büruzə verir. O, işinin çoxluğuna, gərginliyinə baxmayaraq, ömrü boyu balalarının tərbiyəsinə, qayğılarına həssaslıqla yanaşıb. Onların hətta ani sevinci, kədəri, adi tələbləri də onu dərindən düşündürüb. Çalışıb ki, övladları həyatda səhvlərə yol verməsin, öz gələcəklərini uğurla qursun. Balaları da valideynlərinin zəhmətini itirməyib, həyatda öz layiqli yerlərini tutublar. Züleyxa müəllim həyatda Tofiq müəllimlə əl-ələ, çiyin-çiyinə verib iki övlad böyüdüblər. Oğlanları Mehman Respublikamızın tanınmış həkimlərindən biridir. O, özü də üç oğul atasıdır. Nicat orta mətəbi bu il bitirib, ali məktəbə hazırlaşır. Mehdi orta məktəb şagirdidir. Sonbeşik Mustafanın isə hələ dörd yaşı var.

Qızları Mehriban isə Azərbaycan Neft və Kimya Universitetinin məzunudur.

Bu günlərdə, ömrünün müdriklik, ağbirçəklik çağında qərar tutan Züleyxa Abdullayevanın yaşının üstünə daha bir yaş gəlir. Bu yazıma da mən uzun illərdən bəri tanıdığım, çox hörmət bəslədiyim bir insana həmin münasibətlə etdiyim kiçik bir hədiyyədir.

P.S. İş elə gətirdi ki, bu məqaləni çapa verməmişdən əvvə dostum, şair-publisist, Prezident təqaüdçüsü Vaqif İsaqoğlu yazınmı oxudu və bir gün sonra Züleyxa müəlliməyə üç bəndlik şeir həsr etdi. Mən də yazımı elə bu şeirlə də tamama yetirirəm.

Bu yazını şair dostum Vaqif İsaqoğlunun

Züleyxa müəlliməyə yazmış olduğu şeirlə tamama yetirirəm

Bizim dünyamızda bir damia nursan,

Fəxrsən, ümidsən, həm də qürursan.

Harda qaranlıq var işıq saçırsan,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasan, dünyada müəllim!

Yazıb-oxumağı səndən öyrəndik,

Haqqı danışmağı səndən öyrəndik.

Necə yaşamağı səndən öyrəndik,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasan dünyada, müəllim!

Necə qayğıkeşsən, sən mehribansan,

Gözəl ziyalısan, gözəl insansan.

Ana tək doğmasan, canımda cansan,

Həmişə düşürsən sən yada, müəllim!

Özün bir dünyasan dünyada, müəllim!


Nizami Rəhmanlı,

Prezident təqaüdçüsü




İmza:
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK