hacklink Adalet.az | Qəşəm İsabəyli: Səfərə gedənin dalıyca su atarlar Adalet.az | Qəşəm İsabəyli: Səfərə gedənin dalıyca su atarlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Qəşəm İsabəyli: Səfərə gedənin dalıyca su atarlar

Beynəlxalq Andersen Şərəf Diplomu laureatı

20500    |   2019-07-05 11:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır















Səfərə gedənin dalıyca su atarlar


–Təqaüdə çıxana qədər
Belə haqsızılıq
Görməmişdim, vallah!
Sözü bir yerə qoyub
Elə bilzalım uşağı –
Üzü-üzümə,
Gözü-gözümə
Sancırlar məni.
And olsun Yaradana,
Rus bizdən min dəfə
Qanacaqlıdı.

Şeytanın ki, qıçını sındırırsan, –
Çıxırsan küçəyə,
Rəhmətlik anam demişkən,
Ayağına daş dəymişin
Biriylə ki, burun-buruna gəlirsən.
İllah da ki,
Başında beş-on tükün ağara qala,
Elə bil kəşf eləyir səni qurumsaq:
–Salam, ağsaqqal!
Necəsən, ağsaqqal?!

Bakılılar demiş, heç dəxli var?!
–Keç, bala, keç!
Boğazının yoğun yerinə salma! –
Məni doğub, göbəyimi kəsib,
Adımı qoymamısan!

Nahaq demədim:
"Rus bizdən qanacaqlıdı!”
60-dan yuxarı birini görəndə,
"Starik”,yəni"qoca” deyib,
Bir az da qocaltmazlar onu –
Ürəyinəxal düşər birdən.
– "Molodoy çelovek!”–
"Ay cavan!” deyərlər...
Nəyi pisdi ki?!

"Qoca”sına qoca deməyə
Dili gəlməz rusun.
Qoca – axı son duracağıdı
Arzumuzun!
Ondan o yana
Nə dua, nə əfsun!
Altı təpik dərininə,
On təpik uzununa,
Beş təpik də eninə...
Səfərə gedənin dalıyca su atarlar,
Yoxsa...
Addımbaşı sancarlar adamı:
–Ağsaqqal?!


Allah o dünyasını versin Leninin

Böyük rus ədibi
Maksim Qorki yazırdı:
–Lenin deyərdi:
"Trotski bizimlə işləyir,
Amma bizim adam deyil”.

Bu sözləri
Özündən az sonra
Dünyadan getmiş
Bir böyük adam haqqında da
Deyərdi Lenin:
"Nərimanov bizimlə işləyir,
Amma bizim adam deyil!”

Bunlar Rus inqilabının atası
Vladimir İliç Leninin sözüdü.
İndi rəhmətliklə həmrəy
Gör nə qədər
Demokratımız var:
–Nərimanov bizim adam deyil!

Allah o dünyasını versin Leninin!

Şəkili şair Qoca Xalidə

Şəkilinin
İmamla-övliya ilə işi olmaz.
Onunki peyğəmbər
Əleyhüssəlamdı –
Məmməd...Məmmədiyyə...
Əhməd... Əhmədiyyə...
Bəs sən niyə
"Qoca Xalid” olmusan,
Namizəd?!


Qızlar

Qızlara göz qoyuram
Avtovağzalda,
Biri manikendi sanki, –
Quş kimi səkir
O yan-bu yana, –
Yandıra-yandıra,
Yana-yana!

Biri nazıyla, ədasıyla –
Bir üzü qızdı,
Bir üzü gəlin...
Biri ağıllı görünür,
Biri – dəli.
Baş aça bilmirəm
Bunlarınhiyləsindən!


Hoo... ha...

Adamlar
Saymazyana olub gedib,
İllah da ki, cavanlar!

Hindistan küçələri
Gəlib durur
Gözümün qabağında –
Bir yanda insan,
Bir yanda inəklər...
–Hoo... ha...


Tənqid

Tənqidin ən kəsərlisi –
Özünütənqiddi.
O da...
Demirsənmi, ola?!

Radar

Ha çalışıram
Düşməyim radara,
Elə qurub zalım uşağı –
Düşməyə bilmirəm!

Maşallah, bizimkilərin
Başına söz ola bilməz –
İşləyir da.
Nəyimizə gərəkdi
Təyyarə-filan düzəltmək?!
Pul kəsən maşın
Lazımdı bizə,
Pul kəsən.
Kasıbın
Cibini çalmaq elmini də
Biz kəşf eləmişik,
Deyəsən?!

"Mənlik”

Uca boyu var,
Qırmızı yanağı.
Bığı da nə qalındı,
Nə nazik.

Baxanda deyərsən,
Padşah balasıdı!
Rəhmətlik Xəlsəli
Məşədi İlyas kişinin
Sözü olmasın – danışmaya.

Qız istəsəydi, alardı,
Dul aldı...
Cəhənnəm olsun "mənlik”,
Haçan qarnımızı doyurub
Təsəllidən başqa
Bir şey olmayan
Bu qurumsaq?!


Zibillik qarğası

Zibil qutusuna
Ehtiyacı var millətin.
Əmrsiz-filansız
Hazırca iş yeridi.

Pişiyimiz də ordan dolanır,
İtimiz də.
Sən niyə durmusan
Beş eşşəyi sağına gedən
Xoca kimi?!

Sosial ayrım da
Verməyəcəksən,
Vergi də.
Polis də buranı
Nəzarətə götürməyib hələ.

Mitinq nəyinə lazımdı,
Nəyinə lazımdı yeyilən haqq?!
Bu boyda iş yeri açıblar sənə!
Yeri, qarnını doydur,
Zibillik qarğası!


İslam

İstər xətt qoy,
İstər saqqal.
İstər üç rükət qıl,
İstər beş!
Ya şiə olacaqsan,
Ya sünni olacaqsan,
Ya vəhabi.
Ya da rus demişkən –
"Maqometyan”.
İslam olmayacaqsan,
Gətir "Quran”ı –
And içim!

İnam

Yaşımı soruşdu.
Dedim.
Gözləri kəlləsinə çıxdı:
–İnana bilmərəm!
–İnan.
–Belə çıxır,
Sən məndən böyüksən?!

–Qonşu təyyarə də alsa, –
Bir söz gəlməz dilimə
"Mübarək”dən başqa!
Niyə qocalmalıyam ki?!

–İnana bilmərəm! –
Dedi. –
İnsan olasan,
Paxıllıq olmaya içində?!

–İnana bilərsən... –
Qəsdən yubandım...
–Nəyə?
–Mənim yaşıma
Çatmayacağına!

Cəsarət

Hər şey dəyişib həyatımızda,
Cəsarətin də rəngi dəyişib.
Qabaq qan-qırmızı olardı,
İndi qız-qadın rəngindədi.

Saytları ki, açırsan...
Gözlərin bərələ qalır –
Nə qədər cəsur
Qızlarımız varmış, İlahi!

Biri açıq yaxasını görk eləyir –
Cəsarətdi!
Biri yarım-lüt olur –
İkiqat cəsarət.
Biri – lüt –
Üçqat!

Millət soyuna-soyundadı...
Keçmişdə deyərdilər:
–Dəliyə yel ver–
Əlinə bel ver!


Dilənçi

Bizim dilənçilərin
Adamdan pul qopartmaq
Məharətinə
Tamahım düşür.

Ürəyi daş ola,
Əlini cibinə salmaya –
Çətindi.
Fikirləşirəm –
Hardandı bu təcrübə?!

Zarafat gəlməsin sənə,
Dilənçilik beş il olar...
On il olar...
On beş il olar...




İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK