hacklink Adalet.az | Stefan Şennak Milli Məclisdə bir sıra görüşlər keçirib Adalet.az | Stefan Şennak Milli Məclisdə bir sıra görüşlər keçirib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Stefan Şennak Milli Məclisdə bir sıra görüşlər keçirib

14814    |   2019-07-04 16:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak dünən Milli Məclisdə bir sıra görüşlər keçirdib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, ilk öncə S.Şennakla Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri görüşüb. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirilib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Qeyd edilib ki, əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır.

Səməd Seyidov ölkəmizdə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açıb və parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdırıb. S.Seyidov çıxışında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasınını təkmilləşdirilməsi prosesinin aktiv surətdə həyata keçirildiyini və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclaslarının hələ də davam etdiyini vurğulayıb.

O bildirib ki,ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır, bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir.

S.Seyidov AŞPA-da təmsil olunan deputatlarımızın qurumun bütün tədbirlərində səmərəli fəaliyyəti barədə də qonaqla fikirlərini bölüşdü.

Öz növbəsində AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını söylədi. Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu bildirdi. O, tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini dedi.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdə deputatlar Sahibə Qafarova, Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak edirdilər.

Stefan Şennakın Milli Məclisdə növbət görüşü isə Parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə olub.Görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak ediblər.

YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsi aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib. S.Novruzov bildirib ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.

Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verdilər, qanun yaradıcılığı prosesində aktiv iştirak etdiklərini söyləyiblər. Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bölüşüblər.

AŞPA Monitorinq komitəsinin Azərbaycan üzrə həmmərzəçisi Stefan Şennak səmimi qəbul üçün minnətdarlığını bildirərək, səfər çərçivəsində keçirdiyi görüşlərdən və apardıqları danışıqlardan bəhs edib. Qonaq bildirib ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və ölkəmizlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Söhbətdə Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Nicat Novruzoğlu






İmza:

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir

Hikmət Hacıyev Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır

Yazdığım yazıya görә mәhkәmәyә verilməyimdə birbaşa İsa Qəmbərin әli var - - Jurnalist

SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO