adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
04 Iyul 2019 15:49
9736
HADİSƏ
A- A+

Gürcüstan vətəndaşı Bakıda həyat yoldaşını xüsusi amansızlıqla döydü

Bakıda ər arvadını döyüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Sarayev küçəsi ev 8, mənzil 98-də baş verib.

Həmin ünvanda yaşayan, 1987-ci il təvəllüdlü Məhərrəmova Məhluqə Məzahir qızı polisə müraciət edərək bildirib ki, iyulun 4-də gecə saat 05 radələrində onunla eyni ünvanda yaşayan həyat yoldaşı, Gürcüstan vətəndaşı, 1985-ci il təvəllüdlü Hacıyev Eldar Eldəniz oğlu tərəfindən təzyiqlərə məruz qalaraq xüsusi amansızlıqla döyülüb.

Faktla bağlı araşdırma aparılır.