Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Çindən Azərbaycana qatar gəlir Adalet.az | Çindən Azərbaycana qatar gəlir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Çindən Azərbaycana qatar gəlir

6345    |   2019-07-04 15:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxın günlərdə Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatacaq. Bu barədə  "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

S.Qədirova qeyd edib ki, Siandan gələn qatar 21 ədəd 45 futluq və 15 ədəd 40 futluq konteynerdən ibarətdir:

"Konteynerlər artıq Qazaxıstanın Aktau limanına çatıb və "Türküstan” fider gəmisi ilə Ələt limanına yola salınacaq”.

Onun sözlərinə görə, layihə bu ilin aprel ayında Pekində 2-ci "Bir kəmər, bir yol” Forumunda "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan "ADY Konteyner” MMC və Çinin "Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət 2019-cu ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.

Razılaşma həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nəqliyyat qovşağı kimi fəaliyyətinin genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.




İmza:
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK