Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Erməni girovluğundan azad edilən Elvin İbrahimovdan xəbər var Adalet.az | Erməni girovluğundan azad edilən Elvin İbrahimovdan xəbər var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Erməni girovluğundan azad edilən Elvin İbrahimovdan xəbər var

6015    |   2019-07-04 15:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Erməni girovluğundan azad edilən Elvin İbrahimov xəstəxanadan evə buraxılıb.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, E. İbrahimovun səhhəti qaydasındadır.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib. E. İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır. İyunun 28-də E. İbrahimov Azərbaycana, 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç isə müvafiq olaraq tərəflərə təhvil veriliblər. Girovluqdan azad edilən Elvin İbrahimov Qazax Müalicə Diaqnostika Mərkəzinə gətirilib.



İmza:
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK