adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Iyul 2019 13:31
14303
MƏMLƏKƏT
A- A+

AVTOBUSUN SÜRÜCÜSÜ ATƏT-i ÇAĞIRMALIYDI?

«Space» telekanalında maraqlı bir xəbər izlədim. Gərək ki, 160 nömrəli avtobusun oğlan sərnişini qadın sərnişini dayanacaqda çırpır. İnsanlar da çox laqeydcəsinə izləyirlər. Hətta bir nəfər də bunu videoya çəkir. Heç kəs xanımı bu «pəhləvanın» əlindən almaq istəmir. Bu vaxt avtobusun sürücüsü düşür, qadını döyən oğlanı vurur və xanımı onun əlindən xilas edir.

Amma televiziya əməkdaşının məsələyə yanaşması çox qəribəydi. Az qala bütün günahı sürücünün üstünə atdı ki, niyə o sərnişinə əl qaldırıb? Bakı Nəqliyyat Agentliyinə də müraciət etdi ki, ölçü götürsünlər.

Bir elə adamın içindən bir kişi çıxıb qadını döyülməkdən xilas edib və onu döyənlə də əlbəyaxa olub. Əslində ona təşəkkür düşür, sürücü neyləməliydi, ATƏT-i çağırmalıydı? Yoxsa, ona əxlaq dərsi deməliydi?