Faiq QİSMƏTOĞLU: BAŞ HƏKİM

FAİQ QİSMƏTOĞLU
44063 | 2019-07-04 13:26

Həkimlikçox müqəddəs bir peşədir. Başqa peşə sahibləri də var; ancaq həkimlər digərlərindənseçilirlər! Ən azından ona görə ki, onlar insan taleyini həll edirlər. Həkimin savadından, gücündən vəağlından ölüm ayağında olan xəstə sağala da bilər, onun bir səhvindən də xəstəhəyatını itirər. Və həkimlər ali məktəbi bitirib işə başlayanda Hippokrat andıiçirlər. Bu Sovet dönəmində belə idi.

Ammaindi bilmirəm, and içirlər, yoxsa yox?! Bildiyim odur ki, o vaxtkı baş həkimlərləindiki baş həkimlər arasında yerlə göy qədər fərq var. Sovet dönəmində mənimiki dayım Füzulidə baş həkim işləyirdi. Hidayət dayım Böyük Bəhmənlidə, Mənsumdayım isə Əhmədbəyli kəndində çalışırdı. Və hər ikisi də elə Bəhmənlidəyaşayırdılar. Gecə saat 2-də, 3-də kim qapısını döysəydi qabağına çıxardı vəonunla birgə xəstənin üstünə gedərdilər.

Tayfikirləşməzdilər ki, o xəstənin yiyəsi ona bir şey verəcək, ya verməyəcək. Və bəzənelə olurdu ki, heç maşın da tapılmırdı. Gecə vaxtı Hidayət dayım qapıya gələnadamla birgə tibb çantasını götürüb piyada xəstənin yanına qaçardı. Ən ağır vəziyyətdəolan xəstələri belə kritik andan çıxarmağı bacarırdılar. Ona görə də Bəhmənlidəbu gün də onların hər ikisinə rəhmət oxunur və hər ikisi böyük sevgiyləxatırlanır. İnanın, onların evi-eşiyi başqalarından heç də dəbdəbəsi, təmiri iləseçilmirdi. Camaatın evi necəydisə, onlarınkı da eləydi.

Heç ovaxt baş həkim olmağa da bir o qədər həvəs yox idi. Çünki indiki kimi pul yeri,qazanc mənbəyi yox idi. Və o vaxtkı baş həkimlərin çoxu suyu üfürə-üfürə içərdilərki, kimsə onlarən dalınca danışmasın və deməsinlər ki, filankəs xəstələr üçünayrılan dava-dərmanın və digər avadanlıqları satıb yeyir.

Bu o deməkdeyil ki, bu gün ölkəmizdə vicdanlı, təcrübəli baş həkimlər yoxdur. Məmləkətimizdəkifayət qədər vicdanlı və öz işinə sevgiylə yanaşan baş həkimlər var. Amma gəlinonunla razılaşaq ki, yerində olmayan, xəstəxanada xəstələrə yuxarıdan aşağıbaxan və hamıdan nəsə uman baş həkimlər də var. Bunu hamıdan yaxşı o baş həkimin yaşadığı yerdəolan insanlar bilirlər. Çünki xalqın gözü tərəzidir. Qıraqdan gələn hər hansınümayəndəni, qonağı aldatmaq olar. Amma yerli camaatı heç vaxt, heç zamanaldatmaq mümkün deyil.

Hamıdeyir ki, bu gün dövlət xəstəxanalarında hər şey pulsuzdur. Daha doğrusu, eləbu, qanunla da belədir. Sizdən soruşuram:rayonunuzda, kəndinizdə fəaliyyət göstərən xəstəxanalarda hər şey pulsuzdurmu?Təbii ki, bu suala birmənalı cavab verməyəcəksiniz. Hərə bu suala gördüyü məqamauyğun cavab axtaracaq. Və hələ bəzən də ədalətsizlik eləyib hər şeyi öz arşınıilə ölçəcək. Hətta xəstəxanada verilən pulsuz dərmanı qiymətləndirməyən dətapılacaq. Reallıq budur ki, bu gün xəstəxanalarda bəzi dərmanlar pulsuz da verilir.Ancaq gəlin bir məsələyə diqqət yetirək: Bakı şəhərinin özündə, lap rayonlardaimtiyazlı xəstələr (xüsusən şəkər, nevroloji və ürək-damar) o dərmanları çox çətinliklətapırlar. Bu da azmış kimi şəkər ölçəncihaz da növbədə olan xəstələrə asanlıqla verilmir. Yəni onlar get-gələsalınır, nəsə umulur və bundan sonra o aparatı bəzi hallarda verirlər.

Baş həkimolmaq çox böyük məsuliyyətdir. Çünki baş həkim böyük bir tibb personalınacavabdehdir. Üstəlik də kollektivdə elə bir aura yaratmalıdır ki, orda sağlamatmosfer olsun. Çox təəssüf ki, bəzi baş həkimlər bu sağlam mühiti yaradabilmir, öz maraqlarını çox şeydən üstün tuturlar.

Yaymövsümü ilə əlaqədar olaraq bütün xəstəxanalara ilan zəhərinin əleyhinə zərdablarverilir. Mürəkkəb şəraitdə çətinliklə üzləşən ilan çalan adama bəzən getdiyi xəstəxanadao zərdab tapılmır. Bir dəfə Yevlax rayonunda ilan bir gənci çalır. Xəstəxanadahəmin vaxt ilan zəhəri əleyhinə zərdab tapılmır. Xəstəni gecə vaxtı Bərdəyəaparırlar, Bərdədə də tapılmır. Axırda ilan əleyhinə zərdabı həmin adam aptekdənalır.

Ümumiyyətlə,hər bir xəstəxana ektremial şəraitə hazır olmalıdır. Xüsusən də avtoqəzalar, zəhərlənmələrvə ilançalmalar vaxtında xəstəxanaya aparılan xəstəyə təcili yardım edilməli;qanaxma varsa dayandırılmalı, zəhərlənmə olubsa mədə-bağırsaq yuyulmalı, ilançalıbsa, zəhər əleyhinə zərdab vurulmalıdır. Bunlar tapılmayanda və xəstəyəoperativ müdaxilə edilməyəndə sonradan onu həyata qaytarmaq müşkül məsələyəçevrilir. Hətta onlar Bakıya gətirilsə də, klinik xəstəxanalarda vəziyyətiağırlaşmış insanları həyata qaytarmaq mümkün olmayıb.

Gəlinonunla da razılaşaq ki, bəzi xəstəxanalarda bəzi baş həkimlər və həkimlər beləekstremial şəraitdə ya səhlankarlıqdan, ya da məsuliyyətsizlikdən təcili tibbiyardım göstərə bilmirlər. Elə buna görə də son vaxtlar məmləkətimizdəki xəstəxanalardaböyük narazılıqlar yaranır: həkimləri döyürlər, avadanlıqları sındırırlar! Əlbəttə,bu hərəkətə haqq qazandırmaq olmaz. Çünki hər şey qanun çərçivəsində həll edilməlidir.Ancaq gözünün qabağında can verən xəstəyə kömək göstərilmədiyinə görə, aləmibir-birinə qatan adamı da başa düşmək lazımdır.

Çoxuzağa getməyək, bu yaxınlarda aprel döyüşlərinin qazisi Mingəçevir xəstəxanasındaövladına tibbi xidmət göstərilmədiyinə görə, özünü yandıraraq intihar etdi. Və biz çox vaxt nəticə haqqındadanışırıq. Ancaq nəticəni doğuran səbəb barəsində düşünmürük. Nəyə görə ağır vəziyyətdəxəstəsi olan adamlar həkimləri döyürlər, avadanlıqları sındırırlar? Bax, bu məsələlərhəm Səhiyyə Nazirliyi, həm də hüquq-mühafizə orqanları tərəfindən dəqiqaraşdırılmalıdır.

Kim nədeyir desin, bu gün ölkəmizdə kifayət qədər yerində olmayan baş həkimlər var. Vəonların da bir çoxunun nə insafı var, nə də mürvəti. Yalnız və yalnız özmaraqları haqqında düşünürlər. Axı bayaq dedik, qanunla dövlət xəstəxanalarındamüalicə pulsuzdur. Amma çox təəssüf ki, bu qanunla belədir. Hansı dövlət xəstəxanasınagetsən, həkim müayinəsindən keçsən, müxtəlif aparatlarla müayinə olunsan, qananalizləri versən, görəsən səndən bir şey istəyəcəklər, ya istəməyəcəklər? Bəlkədə elə xəstəxana var orda pasiyentləri pulsuz müayinə və müalicə edirlər. Bunugörən varsa, bizə yazsın, biz də o xəstəxananın baş həkiminə öz təşəkkürümüzübildirək.

Ancaqcamaatın əksəriyyəti deyir ki, dövlət xəstəxanalarına gedəndə pulsuz bizi qəbuleləmirlər. Biz buna da bir o qədər inanmırıq. Ən azından ona görə ki, ölkəmizdənamuslu, vicdanlı baş həkimlər də var. Heç kimi qınamalı deyil. Xəstə istəyirki, pulsuz müayinə olunsun, həkim də istəyir ki, balasına, ailəsinə çörəkaparsın. Burda nə xəstəni qınaya bilərik, nə də həkimi. Çünki hər ikisininhalal haqqı var. Amma bu halal haqq halal olanda, ədalətli olanda o qazanılanpul daha bərəkətli, daha şirin olur. Allah bütün baş həkimlərin canını sağ eləsin!Amma heç vaxt başlarının üstündə Allahı yaddan çıxarmasınlar!..


TƏQVİM / ARXİV