hacklink Adalet.az | Əli Əhmədov: Hər bir vətəndaşımız orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır Adalet.az | Əli Əhmədov: Hər bir vətəndaşımız orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Əli Əhmədov: Hər bir vətəndaşımız orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır

6597    |   2019-07-04 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər. Biz yeni bir təşəbbüs irəli sürdük və bu məsələni bir daha gündəmə gətirmək istədik.

Adalet.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, YAP üzvləri bu təşəbbüsü geniş şəkildə dəstəklədilər və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdilər.

Baş nazirin müavini vurğulayıb ki, bu təşəbbüsə millət vəkilləri də qoşulub.

Onun sözlərinə görə, digər şəxslərin bu təşəbbüsə qoşulması şəxsi məsələdir: "Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır. Azərbaycanın qüdrətli ordusu ən güclü 52 ordu içərisində yer tutur. Məlum Aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Azərbaycan xalqının göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.



İmza:
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO