İmtahan suallarını öncədən FETÖ üzvlərinə ötürən 12 şübhəli həbs edildi
Türkiyə polisi FETÖ terror təşkilatına qarşı mübarizəni davam etdirir.
Adalet.az-ın məlumatına görə, FETÖ-ya qarşı mübarizə çərçivəsində haqqında həbs qərarı çıxarılan 30 şübhəlidən 12-si həbs edilib.
Məlumata görə, Türkiyə Baş Prokurorluğu 2009-cu ildə Polis Kollecinə qəbul üçün keçirilən imtahanın suallarının öncədən ələ keçirilərək FETÖ üzvlərinə paylanılması ilə bağlı apardığı araşdırma çərçivəsində 30 şübhəli haqqında həbs qərarı çıxarıb.
Şübhəlilərin yaxalanması məqsədilə bu səhər Ankara Polis İdarəsi tərəfindən eyni anda 14 bölgədə əməliyyat aparılıb. Nəticədə şübhəlilərdən 12-si həbs edilib.
Digər şübhəlilərin də axtarışları davam etdirilir.
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10