adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
04 Iyul 2019 11:09
15172
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: MƏNİ






















Mən sənə özümü necə tanıdım:

- Güzgün var?- bax ona və gör sən , məni...
Dünyanın əzabı çıxar yadından -
Düşünsən Sevgimi və görsən məni...

Özül sərt daşdısa duracaq divar
Hərə bir yol ilə quracaq divar!
Mənim dayandığım duracaq ki var -
Pir olar, telinə sən hörsən məni!

Ömür yonqarıdı ötüşən hər an
Özümü özünün bir hüceyrən san...
Bil ki, inciyərəm, küsərəm inan -
Sol əldən sağ ələ sən versən məni!

Əbülfət, naxış vur sapı-sap üstə
Axtarıb alt qatı, sonra tap üstə...
Allahdan bir Sevgi, bir də tab istə -
Saxlaya biləsən yar, tər , sən məni!