viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq Adalet.az | UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC ikili diplom proqramlarının sayını artırdı: 6 proqram reallaşdırılacaq

2742    |   2019-07-03 17:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tədbirdə UNEC-in müvafiq struktur rəhbərləri ilə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin nümayəndələri, təhsil üzrə ekspertlər və digər ali təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Universitetdən verilən məlumata görə, Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycan Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.

Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə uyğunlaşdırılmasının və yeni təhsil mühitinin yaradılmasının Dövlət Proqramının əsas hədəflərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərdən söz açan nazirlik rəsmisi UNEC-in ikili diplom proqramlarına diqqət çəkib. O, UNEC-in ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramlarının sayına görə lider olduğunu vurğulayıb.

Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri və Fransa-Azərbaycan İnstitutunun direktoru Johan Schittererin Fransa dövlətinin ikili diplom proqramları istiqamətində məqsədyönlü strategiyasının olduğunu bildirib. UNEC-in Montpellier Universiteti ilə uğurlu ikili diplom proqramı reallaşdırdığını diqqətə çatdıran səfirlik rəsmisi proqramın əhəmiyyətindən danışıb. O, proqramda iştirak edən UNEC tələbələrinin potensialının çox yüksək olduğunu və ən yaxşı nəticələr göstərdiklərini deyib.

Tədbirdə UNEC-in ABŞ-ın Linkoln Universiteti ilə ikili diplom proqramı reallaşdırması münasibətilə Linkoln Universitetinin rektorunun təbrik videoçarxı nümayiş olunub.

UNEC-in Fransanın iki aparıcı universiteti ilə ikili diplom proqramı reallaşdırdığını bildirən tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev bu istiqamətdə Fransa səfirliyi tərəfindən UNEC-ə hər zaman dəstək göstərildiyini qeyd edib. A.Rzayev yeni tədris ilindən reallaşdırılacaq 3 yeni ikili diplom proqramı barədə təqdimatla çıxış edib. O, Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbi ilə bakalavr, ABŞ-ın Linkoln Universiteti və Fransanın Montpellier Universitetil ilə MBA və magistratura pilləsi üzrə ikili diplom proqramlarının şərtlərini açıqlayıb.

Tədbirdə bildirilib ki, UNEC hazırda London Universiteti London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) Universiteti ilə ikili diplom proqramları reallaşdırır. Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə isə ikili diplom proqramı artıq yekun mərhələsindədir. Ötən il Montpelier Universitetindən UNEC-in 5 tələbəsi, bu il isə 13 tələbəsi məzun olub. Magistr pilləsi üzrə İsveçrənin UBİS Universitetindən məzun olan UNEC-in 4 magistrinə diplomlar təqdim olunub.

Tədbirdə iştirakçıların sualları cavablandırılıb.




İmza:

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır

Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib

“Dediyin yalanlardan utan, səsini çıxarma” - Böhtanlara cavab

ADU-da müəllimlər üçün təlim yekunlaşdı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

51 abituriyentin qiymətində dəyişiklik edildi

Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Nazir müavini: "Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa..."

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!”

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK