adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2019 17:34
14564
MƏMLƏKƏT
A- A+

SEVİLƏN PEDAQOQ

Bəlli olduğu kimi, təhsil millətin gələcəyi, işıqlı sabahıdır. Həmin işıqlı sabahı da millətə bəxş edən onun aydınları, ziyalıları, xüsusilə müəllimləridir. Bu mənada Azərbaycanın bütün güşələrində peşəsini sevən, yüksək intellektli müəllimlərimiz var. Onlardan biri də Şəki şəhərində yerləşən Beynəlmiləl tam orta məktəbin kimya müəllimi, hazırda isə həmin məktəbdə direktor müavini işləyən Telman Zəkəriyyə oğlu Məmmədovdu.

Oxuculara bildirmək istəyirəm ki, Telman müəllim Şəkidə sayılıb-seçilən ailələrdən biri olan Zəkəriyyə kişinin evində doğulub. Atası respublikanın "Əməkdar tütün ustası” adına layiq görülmüş, dəfələrlə mükafatlandırılmış əmək adamı olubdur. Bibisi Sürəyya Əliyeva Sovet dönəmində Sosialist Qəhrəmanı adını qazanmış qabaqcıl tütünçülərdən biri olub. Maraqlıdır ki, Telman müəlimin bacısı İqlimə Mustafayeva isə Azərbaycanın millət vəkillərindən biri olubdu. Bu təqdimatı diqqətə çatdırmaqda məqsədim odur ki, 35 illik pedaqoji təcrübəsi olan Telman Məmmədov həyata vəsiqə alanda artıq əməyin nə demək olduğunu kifayər qədər bilirdi. Ona görə də o, Rusiyada Kemera Dövlət Universitetinin kimya fakültəsini bitirib. Və 1986-cı ildən Şəki şəhərindəki Beynəlmiləl tam orta məktəbdə öz şagirdlərinin sevimlisinə çevrilibdir.

Telman müəllimin həyat yoldaşı və qızı da onunla birlikdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldular. Belə ki, xanımı rus dili, qızı isə riyaziyyat müəlliməsidir.

Bu gün Şəki şəhərindəki 8 saylı tam orta məktəbdə direktor müavini kimi çalışan Telman müəllim öz şagirdlərinə öncə milli kimliyi öyrətməyə, onlarda elmə həvəs yaratmağa çalışır. O istəyir ki, yetirmələri zamanın nəbzini tuta bilsinlər, anlayışlı olsunlar. Həm də sabahın layiqli vətəndaşları kimi cəmiyyətə inteqrasiya etsinlər. Yəni vətənpərvərlik hissi onların qəlbində özünə yer tutsun. Elə bu mənada Telman müəllimin öz pedaqoji təcrübəsinin həmkarları arasında da dəyərləndirilməsi təqdirəlayiqdir. Belə ki, Respublika Təhsil Nazirliyinə rəhbərlik etmiş Misir Mərdanovun, PİM-nın direktoru N.Məmmədovun, "Mədət” HTİB-nin icraçı direktoru İ.Məmmədovun və digərlərinin imzaladığı fəxri fərmanlar, sertifikatlar, diplomlar Telman müəllimin əməyinə verilən qiymətin ifadəsidir. Sevindirici haldır ki, 2017-2018-ci ilin nəticələrinə görə, Telman müəllimin çalışdığı 8 saylı şəhər məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi” adına layiq görülüb. Təbii ki, bu işdə bütün pedaqoji kollektiv kimi məktəbin direktoru Səttar Ələsgərli ilə yanaşı, Telman müəllimin də xidmətləri danılmazdır. Biz də öz növbəmizdə bu kollektivə və Telman müəllimə uğurlar arzu edirik.

Aytən VƏTƏN

şairə-publisist