hacklink Adalet.az | Oqtay Rza: VƏTƏN Adalet.az | Oqtay Rza: VƏTƏN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Oqtay Rza: VƏTƏN

Qızılağac Dövlət Təbiət qoruğunun dünən 90 yaşı tamam oldu

6607    |   2019-07-03 17:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gözəllik diyarı, hünər məskəni,

Necə vurulmasın hüsnünə insan?

Təbiət füsunkar yaradıb səni,

Tarixin qocadır, özün cavansan.


Durna üçbucağı süzər göyündə,

Gəzər qoruğunda vəfalı ceyran;

Dağ küsər görməsə kəkliyi gündə,

Turac oxumasa darıxar aran.


Bağ, çəmən bəzəyir geniş sinəni,

Nəhəng qarağacın, körpə gülün var;

Təbiət füsunkar yaradıb səni,

Şəlalən, dənizin, çayın, gölün var.


Coşan ilhamındır baharda sellər,

Zümzümən payızın həzin yağışı;

Muğana quş kimi qonar fəsillər,

Savalan yayda da yaşadır qışı.


Laçında çağlayır iki cür bulaq,

Biri barmağımı yandırar mənim,

Biri dodağımı dondurar mənim,

Maralın baxdığı güzgüdür bulaq.


Yola salacaqsan min qərinəni,

Qəm, kədər qismətin olmasın, Vətən!

Təbiət füsunkar yaradıb səni,

Bircə çiçəyin də solmasın, Vətən!




İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK